Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (3-10-2016, 10:44)
Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?

Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?

 

MTN generalları mühakimədə...; Hilal Əsədovun istintaqa çağırılması və baş prokurorun açıqlamasının MTN şefi üçün “şifrələri”; sabiq nazir indi 11 ay əvvəlkindən də müdafiəsizdir və ictimai rəy onun həbsinə köklənib... 

 

Mediatv.az:  Oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir Eldar Mahmudovun işdən uzaqlaşdırılması ilə başlamış antikorrupsiya əməliyyatının 1 ili tamam olur. E.Mahmudovun işdən uzaqlaşdırılmasından sonra bu mühüm dövlət strukturunda baş vermiş ağır cinayət faktları üzə çıxdı və bir neçə general da daxil olmaqla, qanunsuz əməllərə yol vermiş zabitlər  həbs olundular.
 
MTN araşdırması tezliklə digər dövlət strukturlarında da, xüsusilə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyində  “zəlzələ” yaratdı. Nəticədə bu nazirlikdə də yüksək vəzifə tutan böyük bir dəstə həbsə alındı, nazir Əli Abbasov işini itirdi. Sabiq nazirin qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev də bu istefadan bir neçə ay sonra qandallandı. Hazırda həm ləğv olunmuş MTN, həm də “rabitə çetesi” adlandırılan iş üzrə məhkəmə prosesi başlayıb. Məhz bu ərəfədə də ötən 11 ayda Əli Abbasovdan fərqli olaraq mediaya bir dəfə də olsun danışmayan Eldar Mahmudovun başı üzərində “qara buludlar” sıxlaşıb.
 
Ötən aylarda E.Mahmudovun niyə həbs edilməməsi barədə mediada onlarla məqalələr yazılıb, ən müxtəlif versiyalar səslənib. Ən ciddi ehtimallar bundan ibarətdir ki, E.Mahmudovun həbsi məhz məhkəmə proseslərində üzə çıxan faktlardan sonra mümkün ola bilər. İddialara görə, E.Mahmudovun dərhal həbsi sabiq nazirin özünü müdafiə üçün təsir imkanı olan mərkəzləri, eləcə də medianı iqtidarın üzərinə yönləndirə bilərdi. Sirr deyil ki, bu müddətdə sabiq nazirin təsir imkanı olan mərkəzlər zərərsizləşdirildi, MTN çətiri altına toplanmış media strukturları isə ifşa olundu.
 
 
Image result for Eldar Mahmudov
 
E.Mahmudov indi 11 ay əvvəlkindən də müdafiəsizdir. Nazir vəzifəsindən çıxarılanda ictimai rəydə əvvəl müəyyən müsbət imici olsa da, indi onu çətin ki, kimsə xoş təəssüratla xatırlasın. Bu səbəbdən də E.Mahmudov üçün yolun sonu görünür.
***
Bu ərəfədə  E.Mahmudovun sonrakı taleyinə təsir edə biləcək iki mühüm hadisə də baş verib. Ötən həftəsonu belə bir xəbər yayılıb ki, E.Mahmudovun ən yaxın adamı, uzun illər müavini olmuş general Hillal Əsədov istintaqa çağırılıb. “Azadlıq” radiosunun əldə etdiyi məlumata görə, istintaqa çağırılan general  E.Mahmudov başda olmaqla, “MTN çetesi”nin “8-ci kilometr bazarı”nı zor və şantaj yolu ilə necə ələ keçirmələri işi üzrə dindirilib.
H.Əsədov ifadəsində bildirib ki, ümumiyyətlə, bu məsələ ilə əlaqədar onda olan məlumatları gündə bir neçə dəfə nazirinə məruzə edib. Məlum olub ki, ələ keçirilən bazarda böyük pay sahibi E.Mahmudov olub. H.Əsədovun həyat yoldaşı, qayınatası da bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib.
Image result for Hilal Əsədov
H.Əsədov MTN işi üzrə zərərçəkənlərin ən çox adını hallandırdıqları generallardan biridir. O işdən çıxarılandan sonra ilk dəfədir ki, istintaqa çağırılır və göründüyü kimi, təkcə bazarla bağlı barəsində ciddi ittihamlar var. H.Əsədovun məsuliyyəti sabiq nazirinin üzərinə atmaq cəhdi də MTN işi üzrə mediaya açıqlanan ilk faktdır. Yəni həbs edilən generalların istintaq ifadələrində sabiq nazirlərinin “çörəyini itirmədikləri” iddia olunur. H.Əsədov isə E.Mahmudovu da açıq işarə edir və gedəcəyi yerə onu da “dartır”.
 “Hilal Əsədovun istintaqa çağırılması sabiq komandanlığın həbs ehtimalından xəbər verir”. Bunu moderator.az saytına açıqlamasında keçmiş polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. Ekspertin sözlərinə görə, bu yenilik ciddi mətləblərdən xəbər verir: “Bu vaxta qədər ”MTN işi" ilə bağlı həbs olunanlar yalnız icraçılardan ibarət idi. Akif Çovdarovun özü də icraçılardan biri idi. Lakin Hilal Əsədovun istintaqa çağırılması göstərir ki, yaxın gələcəkdə keçmiş MTN komandanlığı arasında da həbslərə şahid ola bilərik. Əvvəlki dövrə nisbətən indi bu ehtimal daha inandırıcı görünür".
 
Image result for Zakir Qaralov
 
Oktyabrın 1-də E.Mahmudovun həbs ehtimalı barədə daha bir sensasion açıqlama verilib. Baş prokuror Zakir Qaralov jurnalistlərin “Eldar Mahmudov niyə həbs edilmir”  sualına cavab verib: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”. 
Bu, yanılmırıqsa, E.Mahmudovun işdən çıxarılmasından sonra onun barəsində ən yüksək səviyyədə verilmiş ilk açıqlamadır. Z.Qaralov  professional hüquqçu kimi verdiyi açıqlamada mümkün qədər istintaq sirrinin qorumağa çalışıb. Amma zənnimizcə, baş prokuror  E.Mahmudovun taleyi ilə bağlı iki mühüm ipucu verib. 
Image result for Akif Çovdarov
Birincisi, məhkəmə işləri ilə bağlıdır. Məlumdur ki, hazırda Sabunçu Rayon Məhkəməsində Akif Çovdarovun və digər MTN əməkdaşlarının mühakiməsi başlayıb. Bir çoxları iddia edir ki, bu məhkəmədə E.Mahmudovu heç bir təhlükə gözləmir, çünki məhkəməsi keçirilənlərin sabiq naziri ələvermə ehtimalı yoxdur və sair. Amma belə aydın olur ki, E.Mahmudovun bu məhkəmədə “sudan quru çıxması” heç nəyi dəyişməyəcək. Çünki baş prokuror 280 epizoddan danışır və iş üzrə istintaqın davam etdiyini, yeni məhkəmənin olacağını da anons edir. 
İkinci mühüm məqam E.Mahmudovun məsuliyyətdən kənarda qala bilməyəcəyinə aydın verilmiş işarədir. “İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq”, ifadəsindən sonra “kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”, - deyə baş prokuror bildirib. Burada sualda məhz E.Mahmudovun adı olduğu üçün konkretləşməyə ehtiyac var: “...Eldar Mahmudov məsuliyyətdən kənarda qalmayacaq”.
Belə görünür ki, E.Mahmudov arxayınlaşdığı və məsuliyyətdən yaxasını kənara çəkə biləcəyi barədə iddialar əsaslı deyil. E.Mahmudov 1 il əvvəlki şokun daha betərini yaşaya bilər. Həm də bu günlərdə...
“YM”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024