Kriminal (30-09-2016, 16:45)
Toy gecəsi qanlı olay: "Bakılı balasıyam" mahnısına oynamaq istədi, döyüb videoya çəkdilər
Qohumların toyda mahnı üstündə başlayan mübahisəsi qanlı bitib. Xudatda toydan sonra başlayan davada tərəflərdən biri ölümcül döyülüb. Davadan sonra Namiq Novruzov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Namiq Novruzov özünü qismən təqsirli bildiyini deyib.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş Elşad Nadirov da iştirak edib. Məhkəmə prosesində hadisənin bəzi təfərrüatları məlum olub. Hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ilk olaraq şahidlər ifadə verib.
Şahid Bəhruz Bayramov ifadəsində Elşad Nadirovla Namiq Naovruzov arasında başlayan davanın təfərrüatlarından danışıb. O, qeyd edib ki, E.Həsənovun ilk incikliyi toy zamanı mahnı üstündə olub. Onun dediyinə görə, E.Həsənov “Bakılı balasıyam” mahnısını oynamaq istəyib, lakin onun sifarişi yerinə yetirilmədiyindən narazı qalıb.
“Mənim əmim qızının toyu idi. Biz toy sahibi idik. Mən də Elşada dedim ki, narahat olma, nə mahnı desə “zakaz” verəcəm. Bir mahnı nə idi ki, ona görə qonağın xətrinə dəyək. Sonra onlar arasında mübahisə toydan iki saat sonra oldu. Mən heyvanları tövləyə qatmaq üçün çıxdım. Sonra söz-söhbət olduğunu gördüm. əvvəlcə zarafat etdiklərini düşündüm, məncə elə həmin vaxt zarafat edirdilər, geləşirdilər” - deyə Bəhruz Bayramov danışarkən deyib.
B.Bayramov vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırarkən ilginc məqamlar ortaya çıxıb. Məlum olub ki, tərəflər arasında baş verən əlbəyaxa davanın bir hissəsini əks etdirən videogörüntü var. İstintaqa təqdim edilən bu görüntülər də elə Bəhruz Bayramovun mobil telefonu ilə lentə alınıb.
Video çəkilişin hansı səbəblə aparılması ilə bağlı sualı şahid belə cavablandırıb: “Namiqlə Elşad zarafatla güləşirdi. Mən də onları çəkirdim. Elşad özü də mənə çək deyirdi. Sonra əlbəyaxa oldular. Mən də telefonu söndürüb, onları sakitləşdirməyə çalışdım”.
Təqsirləndirilən şəxs isə şahidin bu cavabına ironiya ilə cavab verib: “Mən orada klip çəkdirirdim?”
Hakimin “Elşadı bir neçə nəfərin döyüdyü deyilir. Siz də orada olmusunuz. Elşadı döydükdən sonra maşının “baqaj”ında gətiriblər. Siz bu haqda nə bilirsiniz” sualına Bəhruz Bayramovun cavabı belə olub: “Mən Elşadı vurmamışam. Bizdə qonağa əl qaldırmazlar. Namiqlə mübahisə elədilər, sonra dava elədilər. Biz də sakitləşdirdik. Mənim kimləsə dava edəcək halım yoxdur. Bədənimdə 18 tikiş var. Əməliyyat olunmuşam. Elşadın evə maşının “baqaj”ında gətirilməsindən xəbərim yoxdur”.
Təqsirləndirilən şəxsin vəkili şahidə sual verərək bildirib ki, hadisə zamanı Elşad Nadirovun tək döyülməsi mümkün deyil. Vəkil əlavə edib ki, zərərçəkmiş Elşad ölümcül vəziyyətdə olub və onun yalnız Namiq Novruzov tərəfindən döyülməsi mümkün deyil. Vəkil hadisə yerində olan Bəhruz Bayramovun, Bəhram Bayramovun, İsmayıl Fərəcovun Nmiq Novruzovla birlikdə zərərçəkmişi döydüyünü və daha sonra onu maşının “baqaj” hissəsində evə aparıldığını deyib.
Təqsirləndirilən şəxsdən dava zamanı Bəhruz Bayramovun zərərçəkmişə zərbə endirib-endirməməsi soruşulub. O, isə bu suala cavab vermək istəmədiyini söyləyib. Zərərçəkmiş Elşad Nadirov isə hadisə zamanı huşsuz vəziyyətdə olduğunu, aldığı xəsarətlərdən 6-7 ay sonra özünə gəldiyini deyib. Buna görə də hadisə günü olanları dəqiq xatırlamadığını deyib.
Məhkəmə zamanı o da məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qohumdurlar. Onların yeznə-qayın olduğu aydın olub. Zərərçəkmiş Elşad Nadirov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və aralarında barışıq əldə olunduğunu deyib.
Dövlət ittihamçısı istintaqa təqdim edilən videoda əks olunanları danışıb. Prokuror bildirib ki, videogörüntüdə Elşad Nadirovla Namiq Novruzovun yarıçılpaq şəkildə əlbəyaxa dava etdikləri, bir-birlərinə boks və güləş fəndləri ilə zərbələr endirdiklərinin görünür.
Təqsirləndirilən şəxs isə dava zamanı Elşad Nadirovu tək döymədiyini, istintaqa təqdim edilən vidoegörüntünün əvvəlinin kəsildiyini və yalnız o olan hissənin göstərildiyini deyib.
Məhkəmədə şahid qismində hadisə yerində olan İsmayıl Fərəcov da ifadə verib. O da tərəflərin əvvəlcə zarafatlaşdığını, sonradan əlbəyaxa dava etdiklərini söyləyib: “Birinci güləşdilər. Sonra yumruq atdılar. Elşad Namiqin burnundan yumruqla vurdu. Namiq yıxılandan sonra Elşad qaçdı. Elşadın arxasında maşınla getdik. Maşını Namiq sürürdü. Elşadı maşınla vurub, yıxdı. Sonra dava elədilər”.
Təqsirləndirilən şəxs isə şahidin bu ifadəsində etiraz edib və onun yalan danışdığını deyib: “İsmayıl, adam kişi olar. Mən onu harada maşınla vurdum? Bunu mən indi eşidirəm ki, Elşad maşınla vurulub. Sən də Elşadı vurmusan, amma indi deyə bilmirsən”.
Zərərçəkmiş şəxs də hadisə zamanı maşınla vurulduğunu xatırlamadığını deyib.
Təqsirləndirilən şəxsin vəkili məhkəmə prosesi zamanı müdafiə etdiyi şəxs etiraz edib. Vəkil qeyd edib ki, müdafiəçisi olduğu şəxs hadisə zamanı zərərçəkmişi döyən şəxslərin adını çəkmək istəmir, bununla da digərləri bu işdə heç bir cəza almadan kənarda qalırlar. Namiq Novruzov isə vəkilə bildirib ki, hadisənin necə olduğunu dövlət ittihamçısı və hakim bilir. Buna görə də əlavə nəsə deməyə ehtiyac görmür.
Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024