Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (1-09-2016, 15:25)
Rusiya məhkəməsi azərbaycanlı iş adamını 300 min manat cərimələdi

Mediatv.az:  Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə Regional idarəsinin mətbuat xidməti bildirib ki, Koqalım şəhər sakini, 42 yaşlı Nadir Hacıyev məhkəmənin qərarı ilə 12 milyon rubl (təxminən 300 min manat – virtualaz.org) cərimə olunub.

Bundan öncə onun barəsində 5 il müddətinə şərti cəza təyin edilmişdi.

Mənbənin bildirdiyinə görə, ötən ilin dekabr ayında N.Hacıyev daşınmaz əmlakla bağlı icranın dayandırılmasına nail olmaq üçün məhkəmə icraçısına 200 min rubl (5000 manat – virtualaz.org) rüşvət təklif edib. Qeyd olunan məbləğin bir hissəsini məhkəmə icraçısına vermək istəyən N.Hacıyev cinayət başındaca yaxalanıb. O, öz günahını səmimi etiraf edib.

Xantı-Mansiysk muxtar dairəsinin Koqalım şəhər məhkəməsinin hökmü ilə N.Hacıyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 milyon rubl (50 min manat – virtualaz.org) cərimə olunub.

2016-cı ilin iyun ayında dövlət ittihamçısı apellyasiya protesti verib. Apellyasiya Məhkəməsinin qərarı ilə cərimənin məbləği 12 milyon rubla (300 min manat) dəyişdirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024