Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Karusel (19-04-2014, 18:12)
“Azərsu”yun Qaraçuxurdakı “bildiriş-qoçu”ları sakinləri boğaza yığıb

 

“Bildirişi təqdim edin” dedik və bu zaman həmin şəxs elə əlləri cibində də üstümüzə gələrək “bildiriş mənəm” dedi”

“Azərcu” işçilərinin Qaraçuxur  və Bül-bülə qəsəbəsində özlərini qoçu kimi aparmasına dair “Azadlıq” qəzetinin elektron ünvanına şikayət məktubu daxil olub.

Mediatv.az xəbər verir ki, məktubun müəllifi həmin qəsəbədə yaşayan Ermənmistan qaçqını Pürzə Bayramovadır. Məktubu olduğu kimi təqdim edirik ki, bəlkə aidiyyəti şəxs və qurumlar oxuyub bir ölçü götürələr: “Nəzərinizə çatdırıram ki, mən Bayramova Pürzə Bayram qızı 1988-ci ildən Ermənistan qaçqını kimi  Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi ev 2, mənzil 14 ünvanında yaşayıram. 86 yaşım var,  həyat yoldaşım İkinci Dünya müharibəsi əlili olub,1990-cı ildə vəfat edib.

17 aprel 2014-cü il tarixdə özlərini “Azərsu” ASC-nin Suraxanı rayon şöbəsinin işçiləri kimi təqdim edən  4 nəfər  yaşadığım evin həyətinə soxularaq  suyu kəsəcəklərini dedilər  və heç bir izahat vermədən su borusunu kəsdilər. Bunun hansı səbəbə edildiyini soruşanda isə məni və ailə üzvlərimi təhqir etdilər, borcumuzun olduğunu bildirdilər. Biz isə “bildirişi təqdim edin” dedik və bu zaman şəkildə gördüyünüz və əlləri cibində olan ağ köynək geyinmiş şəxs elə əlləri cibində də üstümüzə  gələrək “bildiriş mənəm” dedi, o birilər isə bir ağzıdan onun dediyini təkrar edərək ucadan qışqırmağa, bizi təhqir etməyə, hədə-qorxu  gəlməyə başladılar. Adi davranış qaydalarından məhrum olan, məsuliyyət hissini itirən belə adamları işə götürənlər düşünsələr, yaxşı olardı.

Uzun müddətdir ki, mənzilimizə su sayğacı qoyulması ilə bağlı müraciətimizi qulaqrdına vuran Suraxanı şöbəsi adambaşına su sərfi kriteriyasına uyğun olaraq, hətta mənzildən qeydiyyatdan çıxanları, bu ünvanda yaşayanlardan rəhmətə gedəni belə nəzərə almadan bizdən su pulu alır. Özlərini sözün əsl mənasında qoçu kimi aparan bu şəxslər əhalidən pulu evdə götürür, hətta  bunu israrla tələb edirlər. Və beləliklə, əhalinin borcları tükənmir ki, tükənmir…

Hörmətli redaksiya, bu məsələni işıqlandırmağı, mənim kimi “Azərsu” ASC-nin qoçularının təhqir və təhdidi ilə üzləşən yüzlərlə ailənin  problemlərinə diqqət ayırmağınızı xahiş edirəm”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025