Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-04-2016, 14:43)
Atışma olan "Bulaq" generalın çıxdı

Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş vermiş atışma barədə əlavə təfərrüatlar məlum olub.

 

Mediatv.az xəbər verir ki, “Sputnik” agentliyinin Səbayel rayon polis idarəsindən əldə etdiyi məlumata görə atışmanın iri məbləğdə pul üstündə baş verdiyi ehtimal edilir. 
 

Məlumata görə iki nəfər arasında iri məbləğdə borc üstündə yaranmış mübahisə silah tətbiqi ilə nəticələnib. Tərəflərdən biri, Samir adlı şəxs əvvəlcədən “razborka”ya silahlı gəlib və mübahisə zamanı silahını çıxararaq atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır.
 

Silahlı insidentin iştirakçıları yaralıları özləri Nərmimanov rayonundakı City Hospital-a aparıblar. Lakin Bakı şəhər Baş polis idarəsi isidentdən Nərimanov polisindəki həmkarları vasitəsilə xəbər tutub. Polislər klinikanı əhatəyə alıblar və yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Məlum olub ki, onlardan biri Astara sakini Fərid Əkbərov (1980-ci il təvəllüdlü), digəri isə Bakı sakini Süleyman Abdullayevdir (1986-cı il təvəllüdlü).
 

Münaqişə iştirakçıları, üstəlik restoranın sahibi faktı gizlətmək istəyərək polisə bu haqda məlumat verməyiblər. Lakin məlum olub ki, Səbayel rayon Polis İdarəsi insidentdən dərhal xəbər tutub. Özü də ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın sayəsində. Belə ki, diplomatın “Chevrolet” avtomobili “Bulaq” restoranının qarşısında park edilibmiş və Derek Hoqan özü həmin vaxt ABŞ səfirinin restoranın yaxınlığında yerləşən evində qonaq imiş.

 

Atışma zamanı güllələrdən biri səfir müavinin avtomobilinə dəyib. Xoşbəxtlikdən bu zaman avtomobildə olan sürücü xəsarət almayıb. İnsidentdən xəbər tutan diplomat dərhal polisə xəbər verib. Silah işlədən şəxsin artıq polisə təslim olduğu bildirilir.
 

JAM.AZ-ın əldə etdiyi məlumata görə, insidentin baş verdiyi «Bulaq» restoranı hazırda həbsdə olan MTN generalı Elçin Quliyevə məxsusdur. Məlumatlarda vurğulanır ki, Quliyev hələ Anti Terror Mərkəzinin rəisi olduğu dönəmlərdə bu restoranı açıb. Lakin öz adı hallanmasın deyə, yaxın qohumlarından birinin adına keçirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024