Mediatv.az saytı Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, dünən, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə müəyyən edilib ki, K.babayevi qonşusu, həmyerlisi Qüdrət Kərimov “Makarov” markalı tapançadan iki dəfə açılmış atəş açmaqla güllələyib.
Xəstəxanaya yerləşdirilən K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.