Bakıda taxıl kombinatının direktorunu qətlə yetirən şəxslərin adları məlum olub.
Mediatv.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Bağırov Qabil Arif oğlunu qətlə yetirən şəxslərin Həsənov Ehtiram Hətəm oğlu, Hüseynova Mahnurə Heydərəli qızı və Əliyev Mübariz Soltanəli oğlu olması müəyyən edilib.
Məlum olub ki, Hövsan qəsəbəsindəki evdə tək yaşıyan Q.Bağırovun M.Hüseynova ilə münasibəti olıub və qadının onun evinə gediş-gəlişi olub. Daha sonra M.Hüseynova tanışları ilə birgə plan quraraq Q.Bağırovu yaşadığı evdə qətlə yetirib.
O da məlum olub ki, hadisə tamah məqsədi ilə törədilib. Lakin cinayətkar qrup evdən planlaşdırdığı məbləğdə pul apara bilməyib. Çünki Q.Bağırov hadisədən əvvəl evdəki pullarını apararaq iş yerindəki seyfə yerləşdiribmiş.
Qeyd edək ki, yanvarın 8-də Q.Bağırov yaşadığı evdə boxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Meyit müayinə olunarkən onun boğazında boğulmaya xas əlamətlər də aşkarlanıb.