Bakıdakı mənzillərdən birindən külli miqdarda pul oğurlanıb.
Mediatv.az saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata əsasən xəbər verir ki, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Bakı şəhər sakini Laləzar Həmidovanın evindən 18 min manat oğurlamış həmyerlisi Mirab İbrahimli tutulub.