Kriminal (7-10-2015, 16:16)
Narkotacir Cəlilabadda həbs edildi
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik maddə alverçisi həbs olunub.
Mediatv.az xəbər verir ki, 33 yaşlı Şirvan şəhər sakini İlkin Mahir oğlu Atayev Cəlilabad rayonuna gələrək Cəlilabad-Sərhədabad yolunun kənarında əvvəlcədən gizlədilən yerdən 8 kiloqrama yaxın narkotik maddə olan tiryəki götürüb.
İ.Ağayev narkotik maddəni götürüb qayıdarkən polislər onu saxlayıb.
Məlum olub ki, İlkin Atayevə narkotik maddənin adıçəklilən yerdən götürərək digər şəxslərə təhvil verməsini ona İrandan olan tanışı telefonla zəng edərək xəbər verib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Cinayətdə iştirak edən digər şəxslərin də tapılaraq istintaqa cəlb edilməsi istiqamətində istintaq davam edir.