Kriminal (27-08-2015, 19:18)
Azərbaycanlı Rusiyada falçının qətlində əsas şübhəlidir
O, təqsirini etiraf etmir.
2015-ci ilin mart ayında Sovetski rayonunda cəsədi hissələrə ayrılmış halda kollektorda tapılmış Nijenovqorodlu Marina Sizovanın qətlə yetirilməsi faktı üzrə istintaqın gedişatında qadının ölümünün kriminal xarakter daşımadığı müəyyənləşdirilib.
Mediatv.az kriminalnn.ru saytına istinadən xəbər verir ki, tibbi-məhkəmə ekspertizasının çıxarışlarına görə, ölüm ürək tutmasından baş verib.
Daha öncə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) üzrə açılmış cinayət işi RF CM-nın 16-cı maddəsinə (qarət) təsnifləşdirilərək polis orqanlarına təhvil verilib. Şübhəli bilinən şəxs hal-hazırda həbs edilib.
Kişi qadının evindən itən zinət əşyalarının oğurlanmasında təqsirli olduğunu etiraf etmir. Onun sözlərinə görə, tanışının evinə qonaq gəlib, qapını döyərkən, onun açıq olduğunu görüb, içəridə isə tanışının cansız cəsədini görüb.
Amma müstəntiqlər hadisənin gedişatını başqa cür ehtimal edirlər. Onların ehtimalına görə, kişi qadına həyatı üçün təhlükəli olmayan xəsarət yetirərək onu döyüb, sonra onun zinət əşyalarını oğurlayıb. Qadının öldüyünü gördükdə isə qorxudan onun cəsədini hissələrə ayıraraq kollektorda gizlədib.
İstintaq davam edir.
Daha öncə “KX” bildirmişdi ki, 47 yaşlı falçının cəsədi martın 20-də Sovetski rayonunda Ştmenko küçəsində 1 saylı evin yanında kollektorda məişət çantasında tapılıb.
Cəsədin üzərində ölümün kriminal xarakter daşıyan vəziyyətdə baş verdiyini sübut edən xəsarətlər aşkar edilib. Cari fakt üzrə RF CM-nın 105-ci maddəsinin 1-ci bəndinə əsasən (qətl) cinayət işi açılıb.
Əldə olan məlumata əsasən, qadın Avtozavodsk rayonunda yaşayırdı, heç bir yerdə işləmirdi, falçılıqla məşğul olurdu. 2015-ci ilin mart ayında istirahət etmək istədiyini oğluna deyərək evdən çıxıb, amma geri qayıtmayıb.
2015-ci ilin mart ayının 17-də həlak olanın qohumları onun itkin düşməsi ilə əlaqədar polis şöbəsinə müraciət ediblər.
Ölümün səbəblərini və zamanını müəyyən etmək üçün tibbi-məhkəmə ekspertizası təyin edilib.
Newsroom24 bildirib ki, mart ayının 20-də Ştemenko küçəsində kollektorda aşkar edilmiş 47 yaşlı qadının qohumları sosial şəbəkələrdə onun ehtimal edilən qatili barədə informasiya yerləşdiriblər. Onların məlumatına əsasən, bu, qadının gənc məşuqu, əslən Azərbaycandan olan Həmzə Ş. adlı şəxsdir.