Kriminal (19-03-2025, 11:58)
Həbsdə olan keçmiş vəzifəli şəxsdən 166 994 manat pul tutularaq liseyin hesabına köçürüldü - QƏRAR

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli mülki iddiaya (191 994,98 manat) aid hissə dəyişdirilib. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mülki iddiası təmin оlunub. Ali Məhkəmənin hesabında saxlanılan 10 000 manat və Baş Prokurorluğun depozit hesabında saxlanılan 15 000 manat iş üzrə təmin olunmuş mülki iddiaya hesablanmaqla sözügedən Peşə Liseyinin hesabına köçürülməsi barədə qərar çıxarılıb. Qərarda qeyd edilib ki, təqsirləndirilən şəxsdən 166 994,98 manat pul tutularaq Peşə Liseyinin hesabına köçürülsün. Mülki iddianın təmini məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə T.Tanrıverdiyevin Tovuzdakı mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi və Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi və Tovuz rayonu Abulbəyli kəndindəki 0.2862 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılıb.
İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.
Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb. Ali Məhkəmənin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdi.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025