Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 13:37)
Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açıldı - RƏSMİ


bitmap-img6


Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

AzFakt.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhəri, Samux rayonunun Alıuşağı kəndi və İmişli rayonunun Sarıxanlı kəndində meşə fonduna daxil olmayan 360 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
шаблоны для dle 11.2

Xəbər lenti
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
2 02 2025
2 02 2025
2 02 2025