Kriminal (Bu gün, 11:56)
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov verdiyi vəsatət əsasında alınmış psixiatrik rəy elan olunub.
Məlum olub ki, təqsirləndirilən şəxs anadan olarkən erkən və ağır doğuş zamanı aldığı travma ilə əlaqədar onda əqli gerilik formalaşıb və uşaq ruhi dispanserdə müalicə alıb.
Əlavə edilib ki, H.Kərimov cinayət əməlini törədərkən anlaqlı vəziyyətdə olduğu müəyyən olub. Lakin, əməli törətdikdən sonra onda mövcud olan davranış pozuntuları kəskinləşdiyi üçün, məcburi müalicəyə cəlb olunması tövsiyə olunub.
Dövlət ittihamçısı yenidən təqsirləndirilən şəxsin ekspertizaya cəlb olunması ilə əlaqədar vəsatət verib.
Vəkil və zərərçəkənin hüquqi varisi olan atası təqsirləndirilən şəxsin daha öncə iki-üç dəfə ekspertizaya cəlb olunduğu üçün yenidən rəyə ehtiyac olmadığını söyləyib.
Həsən Kərimov da buna razı olmadığını söyləyib.
Məhkəmə müşavirə əsasında qərara alıb ki, verilmiş vəsatət təmin edilməsin.
Daha sonra məhkəmə Həsən Kərimovun psixi problemlərini nəzərə alaraq yaxın qohumunun - anasının hüquqi nümayəndəsi olmasını təklif edib. Proses iştirakçıları bununla razılaşıb.
Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı Həsən Kərimovun 16 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkənin hüquqi varisi çıxış edərək, H.Kərimovu bağışladığını bildirib və onun məcburi müalicəyə göndərilməsini xahiş edib.
Həsən Kərimovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin psixoloji vəziyyətinin yarada biləcəyi təhlükənin nəzərə alınmasını xahiş edərək müalicəyə göndərilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi də övladının məcburi müalicəyə göndərilməsini istəyib. O, bildirib ki, H.Kərimov saxlanıldığı istintaq təcridxanasında mübahisə yaratdığı üçün üç dəfə otağı dəyişdirilib.
Məhkəmə müşavirəsi əsasında hökm oxunub. Hökmə əsasən Həsən Kərimov barəsində məcburi müalicə təyin edilib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, İlahə Kərimova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi olub. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025