Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 11:22)
“Azəriqaz”ın baş direktorunun müavini ölümlə nəticələnən ağır qəza törətdi

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev ölümlə nəticələnən qəza törədib.
Yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında “Mercedes” markalı 77 YD 054 nömrə nişanlı avtomobilin 40-45 yaşlarında piyadanı vurması və nəticədə həmin şəxsin ölməsi ilə bağlı xəbər demək olar ki, bütün xəbər saytlarında yayımlandı. Məlumatda hadisəni törədən şəxsin 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu olduğu və faktla bağlı Sabunçu RPİ-də cinayət işi başladığı da vurğulanır.
Hər bir insanın ölümü faciədir. Təəssüflər olsun ki, son zamanlar yol qəzaları saysız insan ömürlərinə vaxtsız son qoyub. Bu hadisənin də onlardan biri olduğunu düşünmək olar. Lakin hadisəni törədən Abdullayev Nail Fuad oğlunun sıradan bir vətəndaş olmadığı, yüksək vəzifəli məmur olduğu aşkarlanandan sonra maraqlı məqamlar üzə çıxır. Birincisi qarışqadan fil düəltmək həvəskarı olan əksər medya orqanları nədən hadisəni məhz “vətəndaş Abdullayev Nail Fuad oğlunun” törətdiyini bildirdilər. Axı insan ölümüylə nəticələnən qəzanı “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini törədib. Çox yüksək bir postun sahibi olan şəxsin insan ölümüylə nəticələnən bir qəza törətməsini adi bir vətəndaşın hadisə törətməsi kimi təqdim etmək hansı maraqlara xidmət edir?
Ən azından hansısa xarici ölkədə əyalət bələdiyyəsi sədrinin hər hansı cinayət tərkibli əməlini manşet xəbəri edənlər qosqoca nazir müavininin adam öldürməsinə nədən belə biganəlik göstərirlər? Baş vermiş hadisəyə ilkin yanaşma istintaq prosesinin də obyektivliyini şübhə altına alır. Hər halda ümid edək ki, insan ölümünə səbəb olan qəzanın araşdırılması daha obyektiv və ədalətli aparılacaq.
1xeber.media
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
8 01 2025
8 01 2025