Kriminal (6-01-2025, 12:19)
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri öldü

"Report" xəbər verir ki, Ramal Əzimovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Bu səbəbdən təqsirləndirilən şəxs barəsindəki cinayət işi digərlərindən ayrılıb.
İttihama əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər.Ə.Abbasov ARB telekanalının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağı söz verib və ondan 100 min manat beh alıb.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev "Olimpus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 08 2025
20 08 2025
20 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025