Kriminal (13-07-2024, 17:13)
“Ballı”nın sahibini öldürmək istəyənə hökm oxundu
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.
İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan daxil olub evin həyətində cinayəti reallaşdırmaq üçün gözləsə də, qarşısını alıblar. Təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.
T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci ( quldurlaqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və digər maddələrlə yekun ittiham elan edilib.