
Xaçmaz rayon İcra Hakimiyyəti növbəti tendderini yekunlaşıdırb və nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, məsələ 2025-ci ildə Xaçmaz rayonunda görüləcək abadlıq işləri ilə bağlıdır.
Həmin məlumata görə, İcra Hakimiyyətinin tenderini “M-HOUSE CONSTRUCTİON” MMC udub. Şirkətlə bu məqsədlə 1 milyon 506 min 272 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, bu tenderin məqsədi Xaçmaz və Xudat şəhərlərində heykəllərin təmiri, işıq dirəklərinin quraşdırılması, parklarda skamiyaların təmir edilməsi daxildir.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araçdırma nəticəsində məlum olub ki, Xaçmaz Icra Hakimiyyəti həmin şirkətlə 9 ay öncə də anlaşma əldə edibmiş. Belə ki, 02.11.2024-ci tarixində keçirilmiş tenderin qalibi olan “M-HOUSE CONSTRUCTİON” MMC indiki kimi abadlıq işlərini həyata keçirib. Bunun müqabilində isə 1 milyon 427 min 546 manat pul alıb.
Qısa araşdırma zamanı bəlli olub ki, şirkət 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan “M-House Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
“M-House Construction” MMC 2021-ci ildən fəaliyyət göstərsə də, dövlət satınalamları yolu ilə iri məbləğlərdə sifarişlər alıb. Şirkət 2024-2025-ci illərdə 16 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 6 805 913,96 manat təşkil edib.
Xatırladaq ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, bu vəzifəyə 2019-cu ildə təyinat alıb.
Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2