Kriminal (5-03-2014, 13:48)
Marixuanaya görə cinayət məsuliyyəti ləğv edildi
Vaşinqtonda az miqdarda marixuana saxlamağa görə cinayət məsuliyyəti ləğv edilib
“The Washington Post”un verdiyi məlumata görə Vaşinqton şəhər şurası az miqdarda marixuana saxlamağa görə cinayət məsuliyyətini ləğv edib.
Vaşinqton şəhər şurasında 11 şura üzvündən biri bu qərarın əleyhinə səs verib. Indi, yetkinlik yaşına çatmış vətəndaşlar 28 qrama qədər narkotik maddənin saxlanılmasına görə 25 dollar cərimə ödəyəcəklər.
Bundan başqa, şura üzvləri ictimai yerlərdə marixuana çəkmək üçün cəzanın yüngülləşdirilməsi ilə razılaşıblar. Əvvəllər bu cinayətə görə cəza, bir ilə qədər həbs və min dollar cərimə idi. Şəhər Şurası üzvləri həbs müddətinin 6 aya, cərimənin isə 500 dollara qədər azaldılmasına səs veriblər.
Qanunu, qüvvəyə minməsi üçün Vaşinqtonun meri imzalamalıdır. Onun bu sənədin qəbul olunmasına qarşı çıxacağı gözlənilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024