Kriminal (4-03-2014, 19:54)
“Bank of Baku”nun rəhbərliyində həbs
Ehtimal olunur ki, bu həbs eyni zamanda Azərbaycan dövlətinin son günlər eksterimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib
“Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayevin həbsi ilə bağlı məlumat yayılıb.
“Mediatv.az”nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs eyni zamanda Azərbaycan dövlətinin son günlər eksterimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, “Bank of Baku”nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.
Hələ ki, sözügedən həbslə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.
Ətraflı məlumatı diqqətinizə çatdıracağıq.
***
Bu dəqiqələrdə özünü “Bank of Baku”nun rəhbəri Elçin İsayev kimi təqdim edən şəxs "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, barəsində yazdığımız xəbərdə yanlışlıq var. Belə ki, həmin şəxs bankda xüsusi xidmət orqanları tərəfindən əməliyyat keçirildiyini təsdiqləsə də, həbs olunanların kimliyini açıqlamayıb:
"Bizim dəvətimizlə burada əməliyyat keçirilib, lakin mən bununla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Bir daha deyirəm ki, mən Elçin İsayevəm, həbs olunmamışam, özüm də işdəyəm. Digər şəxslərlə bağlı sonra danışarıq".
***
Haqqin.az-ın öz mənbəsinə istinadən yazdığı xəbərə görə, bankda həqiqətən də həbslər həyata keçirilib. Lakin Elçin İsayev hazırda azadlıqdadır. O da qeyd olunub ki, E.İsayevin azad olunması istisna deyil. Məlumata görə, o, artıq iki gündür ki iş yerində deyil.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024