Karusel / Slayd / Redaktor seçimi (7-06-2022, 11:17)
Sevinc Qədirovanı “adam balası kimi” şantaj edən kimdir?
Bu günlərdə Azərbaycan Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova şantaj edildiyini, intiharın bir addımlığında olduğunu açıqlayıb.
S.Qədirova bu barədə "Facebook" hesabında məlumat verib. 20 ilə yaxındır jurnalist fəaliyyəti ilə məşğul olduğunu vurğulayan S.Qədirova 2015-ci ildən bu günə qədər davam edən kabusunun bitmək bilmədiyini deyib:
"Rəsmi şəkildə əsir düşmüşəm elə bil. Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları hələ də başıma gətirməyə davam edirlər. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq! Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar: ya ölkəni tərk et, ya da intihar et! Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, hüquq-mühafizə orqanları var. İntihar həddinin bir addımlığındayam”.
Mediatv.az bildirir ki, S.Qədirova 2019-cu ilin iyul ayına kimi dörd ilə yaxın müddət ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. Sonra fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirib.
Bu məsələdə diqqəti çəkən nüans bundan ibarətdir ki, S.Qədirovanın son müdhiş açıqlaması Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilməsindən dərhal sonraya təsadüf etmişdir. Üstəgəl, Sevinc xanımın onu təhdid edən kabusun məhz 2015-ci ildə başladığını da qeyd edib ki, bu da Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyin olunduğu tarixə (9 fevral 2015-ci il) təsadüf edir. Burada xatırlatmağa dəyər ki, az öncə Azərbaycan Prezidentinin digər Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini vəzifəsinə təyin edilən Cavid Qurbanov həm də 12 oktyabr 2016-cı il tarixindən hal-hazıradək Azərbaycan Voleybol Federasiyasının prezidenti vəzifəsini daşıyır. Başqa sözlə, S.Qədirova hələ də C.Qurbanovun rəhbərliyi altında işləyir.
Mediatv.az bildirir ki, gözlə görünə bilən bu nüanslar, üst-üstə düşən rəqəmlər və başqa digər əlamətlər ölkənin hüquq-mühafizə orqanlarının diqqətini çəkməyib. Gəlin, razılaşaq ki, xeyriyyəçi insan kimi tanınan, ələlxüsus da mənsubu olduğu Kəlbəcər rayonundan köçkün düşmüş adamlara,eləcə də rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlara qayğılı münasibəti ilıə seçilən C.Qurbanov “adam balası kimi” işləyən şəxsləri narahat edən problemlərə də biganə qalmayıb, həlli üçün çalışıb. Belə olan halda S.Qədirovanın onu təhdid edən kabusla mübarizə üçün C.Qurbanovdan kömək istəməməsi anlaşılan deyil. Əlbəttə, əgər işin içində başqa iş yoxdursa!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024