Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (29-03-2022, 12:32)
Bakıda müəllim məktəb direktoruna 168 min manat “atdı”

 Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işinin başlanması və onun məhkum edilməsi barədə xəbər vermişdik.
Mediatv.az publika.az-a istinadla xəbər verir ki, M. Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilib və Mədəniyyət Nazirliyinin zərrəçəkmiş kimi tanındığı işin yekununda Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham üzrə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Yarım milyon manatdan çox vəsaiti talamaqda təqsirləndirilən direktorun şikayəti əsasında isə Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Sahib Famil oğlu Şükürovun həbs edilib. Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində məktəbin qarmon müəllimi, 1961-ci il təvəllüdlü Sahib Şükürov barəsindəki məhkəmə prosesi başa çatıb. O, M.Rüstəmovadan 168 min manat pulu alaraq ələ keçirməkdə ittiham edilib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla) və32.4 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Rüstəmova və Sahib Şükürov bir-birlərini ittiham edib. M.Rüstəmova bildirib ki, Sahib onun barəsindəki cinayət işini həll edəcəyini vəd edərək hissə-hissə ondan 170 min manata pul alıb. Lakin vədinə əməl etməyib. Bu səbbədən də ondan şikayət edib.

Sahib Şükürov isə qeyd edib ki, işlədiyi məktəbin direktoru olan M.Rüstəmova ilə uzun illərdir yaxşı münasibəti olub, tədbirlərə birgə gediblər, onun övladını bağçaya aparıb-gətirib.

O, əlavə edib ki, Mehriban Rüstəmova dövlət büdcəsinə 1 milyon manata yaxın ziyan vurub. Həmçinin Mehribanın paytaxtda müxtəlif mülkləri olub. Onun 28 may ərazisindəki 3 otaqlı evini satmağa razılaşıblar. Bu məqsədlə Mehribana hissə-hissə 114 min manat verib. Lakin sonradan Mehriban evi satmayaraq onu aldadıb və 114 min manatı ələ keçirib. Daha sonra Sahib Korrupsiyaya qarşı Mübarizə idarəsinə Mehriban barəsində şikayət etdikdə, həbsdə olan direktorun artıq ondan şikayət etdiyini bilib: “Dəfələrlə Mehribana pul vermişəm, dayaq olmuşam. O, məndən borcklarını ödətdirmək üçün istifadə edib”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024