Karusel (28-03-2022, 16:38)
Tural Bayraməliyevin həbsini kim sifariş edib?!
Gənc bəstəkar Tural Bayraməliyevin qanunsuz həbs həyatı davam edir. Artıq 4 ildir həbsdə olan Tural Bayraməliyevlə bağlı keçirilmiş son məhkəmə prosesləri onu deməyə əsas yaradıb ki, Turalın həbsi sifarişlidir. Əlbəttə ki, irəli sürülən bu mühakimənin bir sıra təsdiqləyici dəlilləri olmamış deyil.
Odur ki, diqqət yetirək:
1).Tural Bayraməliyev Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızı tərəfindən “külli miqdarda dələduzluq” etməkdə ittiham olunub. Onun şikayəti əsasında Turala Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndi ilə cinayət işi açılıb.
Sifarişin başlıca əlaməti elə istintaq dövründə üzə çıxıb. Belə ki, Azərbaycan Respublikasın Cinayət Prosessual Məcəlləsinin 215-ci maddəsinin tələbinə zidd olaraq cinayət işi polis orqanında deyil, Bakı Şəhər Prokurorluğunda aparılıb.
2). Cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan məhkəmə istintaqı dövründə iş üzrə şahid qismində tanınmış və dindirilmiş 2 nəfərin “bilə-bilə yalan ifadə verməsi” məhkəmə tərəfindən müəyyən edilərək protokollaşdırılıb. Lakin onlar məsuliyyətə cəlb edilməyiblər. Daha da ziddiyyətlisi məhkəmə bu faktlara Tural Bayraməliyevin xeyrinə hüquqi qiymət verməyib.
Halbuki, CPM-in müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi).
3). Birinci instansiya məhkəməsinin ədalətsiz və qanunsuz qərarı ilə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum edilən Tural Bayraməliyevin işi üzrə verilmiş apellyasiya şikayəti ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsində maraqlı və düşündürücü məqam yaşanıb.
Belə ki, apellyasiya instansiyasında iş üzrə icraata sədrlik edən hakim Əmir Bayramov proseslərdən birində işin mahiyyətindən öz sözlərinə görə kənara çıxaraq Bakı şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovun adını çəkir və onun Tural Bayraməliyevlə yaxınlığının hansı səviyyədə olması ilə bağlı Turala etdiyi sualın nəticəsində məlumat alır və əlavə olaraq heç bir şərh vermir.
Bununla əlaqədar olaraq istisna olunmur ki, Turalın həbsində maraqlı şəxslərdən biri, elə birincisi məhz Vüsal Novruzovun özüdür. Elə bir müddət əvvəl Turalın özü həbsxanadan mediaya orqanlarına müraciət edərək bildirmişdi ki, Vüsal Novruzov Şədiyyə Salehliyə tapşırıq verib ki, onun üzünə dursun. İşin polis orqanında deyil, məhz Bakı Şəhər Prokurorluğunda aparılması da bu mühakiməni ağlabatan edir.
Turalın işi üzrə kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İlkin Rəcəbov apellyasiya məhkəməsinin sifarişli və qanunsuz qərarını qüvvədə saxlamaq mövqeyini tutdu.
Hazırda iş üzrə tam əsaslandırılmış şəkildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna “Əlavə Kassasiya Şikayəti” verilmişdir. Artıq 1 aydan çoxdur ki, iş icraatdadır və işə plenumda baxılması gözlənilir. Bundan başqa Tural Bayraməliyevin Türkiyə Cumhuriyyətində qanunsuz saxlanılması və həbsi ilə bağlı da Avropa İnsan Haqları Məhkəməsində yaxın günlərdə qərarın elan edilməsi gözlənilir.
Hüquq müdafiçəsi:
Səlahiyyətli nümayəndə Samir Zeynalov

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024