Karusel / Slayd (2-02-2022, 09:26)
Daha hansı deputat xaricə milyonları daşıyıb?

Qeyd edək ki, son günlər Cavanşir Feyziyevin məsələsi ölkə gündəmində şok effekti yaradıb. Bunu diqqətə gətirən C.Həsənli ayrı-ayrı deputatlar barəsində də maraqlı faktları açıqlayıb.
Onları təqdim edirik:
"Məsələn, Ülvi Quliyev də Azərbaycan - Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun (Cavanşir Feyziyevin rəhbəri olduğu) üzvüdür, oğlunun Londonda beş evi var. Cənab Quliyev eyni zamanda Rusiya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür, oğlunun Sankt Peterburqda "Xoçu kabab" restoranları var. Həmçinin Türkiyə - Azərbaycanın parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür, oğlu orda da biznes qurub. Axtarsaq hələ Koreyada, Peruda da çıxacaq.
Dövlətimiz adına çalışırlar, əziyyət çəkirlər".
***
"Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun daha bir üzvü Qaxın fındıq-fıstıq meşələrinin qənimi Azər Kərimlidir. Hər iki oğlu Londonda xırda-para işlərlə məşğuldur, neft treyderi kimi tanınırlar, daşınmaz əmlak bazarında gözə dəyirlər. Qardaşı qızı ABŞ--da mənzil alıb məskunlaşdığı üçün gələcəkdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunda da təmsil olunmaq şansı var".
***
"Azərbaycan - Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri möhtərəm şeyximizin kürəkəni Əliabbas Salahzadədir. Bilirsinizmi, Cibuti bizim üçün niyə əhəmiyyətlidir? Çünki Paşazadələr bu ölkədən xurma, banan və ədviyyat idxal edir".
***
Qeyd edək ki, araşdırmaçı-jurnalist deputatları İFŞA FAKTLARINI davam etdirməkdədir və biz də intensiv olaraq oxucularımızı məlumatlandıracağıq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025