Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-12-2019, 16:46)
Yasamalılar Ülvi Quliyevin namizədliyinə etiraz edir

Mediatv.az Dosye.org-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 15 saylı Yasamal 1-ci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.
Xatırladaq ki, bir müddət öncə ölkə mətbuatının gündəmini zəbt edən qalmaqallı məsələ deputatı bərk sarsıtmışdır.  Belə ki, Ü. Quliyevin oğlu  Orxan Quluzadə, Gardiff Universitetinə təhsil üçün gedəndə onun 17 yaşı vardı. Bir il sonra oğul O. Quluzadənin18 yaşı tamam olur və atasının hesabına Britaniya Krallığında şirkət sahibi olur. Məlumat da o da vurğulanır ki, şirkət Ü. Quliyev tərəfindən oğluna həddiə olunub. Mənbə daha sonra əlavə edir ki, Millət Vəkili olduğu dövürdə seçicilərin heç bir etimadını qazanmayıb. Əksinə, öz şəxsi hesabını artırıb və övladı üçün lazımı şərait yaradıb. Bütün bunlar bir daha sübüt edir ki, Ü. Quliyevin yenidən deputatlığa iddialı olması və seçicilərin qarşısında yalanlarla dolu vədlər veriləcəyi məlumatlar sırasındadır. Yasamal sakinlərinin bildirdiyinə görə, 9 fevral Parlament seçkilərində bir nəfər kimi, öz layiqli namizədlərinə səs verəcəklər. Onların iddialarına görə, əgər Ü. Quliyev seçiləcəyi təqdirdə onu deutat kimi tanımayacaq.
Əslində, sakinlərin haqlı narazılıqları və bu kimi iradları başadüşüləndir. Ən azından deputat olduğu müddətdə bir dəfə olsun sakinlərlə görüş keçirməyən şəxs heç bir halda seçicilərin rəğbətini qazana bilməz. Özünün və övladının biznesini genişləndirən Ü. Quliyev, yuxarıda göstərilən faktları nəzərə almaklı idi.  Maraqlı məqam ondan ibarətdir ki, deputatın oliqarx oğlu O. Quluzadə Azərbaycandakı və digər ölkələrdəki biznesi ilə kifayətlənmir.
Qeyd edək ki, Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. Karate idman növü üzrə VIII Dan qara kəmər sahibidir. 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış) deputat seçilib. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Növbəti yazılarımızda Ü.Quliyev ətrafında baş verən olayları diqqətinizə çatdıracayıq. Bizi izləməyi unutmayın…шаблоны для dle 11.2

Xəbər lenti
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025