Karusel (24-01-2022, 19:00)
Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? - NARAZILIQ!
Sumqayıt sakinləri şəhərin mərkəzi küçələrindən birindəki parkın ərazisində obyekt tikilməsinə etiraz edirlər. "Mediatv.az" xəbər verir ki, bu barədə KONKRET.az-ın redaksiyasına şəhər sakinləri tərəfindən daxil olan müraciətdə bildirilib.
Sakinlərin sözlərinə görə, 1-ci və 2-ci mikrorayon ərazisində yerləşən parkın ortasında obyektin tikilməsi və ətrafın hasarlanması ümumi görünüşə xələl gətirməklə yanaşı, insanların səmərəli istirahəti üçün də əngəl yaradır. Sakinlər Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edərək, bu cür qanunsuz tikililərin qarşısının alınmasını tələb edirlər. İnsanlar şəhər rəhbərliyinin onların səsinə-səs verəcəklərinə ümid etdiklərini xüsusilə vurğulayırlar.
Qeyd edək ki, Sumqayıt sakinləri sözügedən məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə məktub ünvanlayıblar.
Sakinlərin müraciətini olduğu kimi təqdim edirik:
Cənab Prezident! Sizə Sumqayıt sakinləri adından müraciət edərək bildiririk ki, şəhərimizdə insanların istirahəti üçün yaradılmış parklarda çox sayda qanunsuz obyektlər tikilir və bu proses davam edir. Artıq şəhər sakinlərinin, xüsusən uşaqların, anaların, yaşlıların dincəlməyi üçün boş ərazilər demək olar ki, qalmayıb.
Hal-hazırda tikilməsinə cəhd edilən daha bir obyekt var və biz məktubla Sizə müraciət ünvanlayaraq xahiş edirik ki, bu işin araşdırılması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.
Haqqında bəhs etdiyimiz obyekt dəfələrlə tikilməyə cəhd edilib. Şəhər sakinlərinin etirazı nəticəsində dayandırılıb. Belə qanunsuz tikililər insanların istirahət etmək hüququnu pozmaqla bərabər, həm də şəhərin estetik görünüşündə nöqsanlar yaradır.
Sonda Sizə Vətən müharibəsindəki Qələbəyə və ərazi bütövlüyümüzün bərpasına görə Sumqayıt sakinləri adından dərin təşəkkürümüzü bildiririk.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024