Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-01-2022, 17:10)
Tələbəsi Cabbar Musayevin şok səsyazısı yaydı





Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verib.

İfaçı tanınmış müğənnini onun şəxsiyyətini alçatmaqda ittiham edib. İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq D.Əsədovanı və ailəsini təhqir edib. Məhkəmənin hazırlıq iclası yanvarın 24-nə təyin olunub.

Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesə hakim Mahirə Kərimova sədrlik edəcək.Mediatv.az xəbər verir ki, Dəniz Əsədova olanlar barədə Cebhe.info-ya danışıb. Müğənni Cabbar Musayev və sevgilisinin onu təhqir etdiyini etiraf edib:

“Cabbar Müsayevin sevgilisi ”fake” səhifələr açıb, şəkilllərimi paylaşır. Mənə “qiymət” qoyur. Kişilər zəng vururlar ki, 200 manata “çıxırsan?” Məni xalqa əxlaqsız kimi təqdim edir.

Səbəb budur ki, həmin xanımı Cabbar müəllimin qucağında görmüşəm. Cabbar Musayev o qızı mənə sevgilisi kimi təqdim edib, müğənni kimi deyil. Xanım mənə şərt qoyur ki, səhnəyə çıxmayım, müğənni olmayım. Əks halda, məni xalqa əxlaqsız kimi təqdim edəcək. Mənim 32 yaşım, xanımın 30 yaşı var. Mənim o xanımla heç bir əlaqəm, şəxsi tanışılığım olmayıb. Yalnız studiyaya gəlib, orada görmüşəm”.

Şikayətçi müğənni bildirib ki, Cabbar Musayev ona dərs keçən zaman sözügedən xanım onların yanında otururmuş. Səbəb xanımın Cabbar Musayevi ona qısqanması olub:

“Mən artıq 4- cü dəfədən sonra bu hərəkəti özümə hörmətsizlik əlaməti olaraq qəbul etdim, etiraz edib, dərsə getmədim. Həmin müddətdə də bildirmişəm ki, həmin xanım mənim geyimlərimə qarışır, şəxsimə qarışır, mənə problem yaradır. Problemi təkcə xanım deyil, həm də Cabbar mənə yaradırdı. Cabbar Musayev mənə dedi ki, onu polisə verməyim. Məsələn, mən qısa geyinib dərsə getmişəm. Görmüşəm ki, Cabbar müəllimin qanı qaradır. Orada soruşmuşam, mənə deyiblər ki, həmin xanım səni qısqandığı üçün problem yaradır. Xanımın psixoloji problemi var. Mən bunları biləndən sonra dərslərə getmədim və mahnılarımı tələb etməyə başladım. Daha sonra müəllimim biləndə ki, mən xanımdan şikayət edəcəyəm, xahiş etdi ki,verməyim. Çünki adı hallanacaq. Cabbar müəllim mənə dedi ki, yanacaq, rüsvay olacaq. Birinci dəfə Cabbar müəllim onun adından məndən üzr istədi deyə keçdim. Sonra mən “YouTube” kanalımda mahnı buraxmışdım. Xanım yenə mənə xoşagəlməz sözlər yazdı.

Əvvəl “qiymətim” 10 manat idi, sonra qalxdı 200 manata. Mən də bütün materialları toplayıb hüquq- mühafizə orqanlarına və məhkəməyə vermişəm. Gecə- gündüz mərhum anamın qəbri söyülür, azyaşlı qızım barədə yazır ki, hamilədir. Gah da özümü hamilə edir. Adımı çıxartmadığı kişi yoxdur. Yazır ki, studiyada Cabbar və işçilərlə əxlaqsızlıq edirəm. Buna görə də müraciət edib, məsələni rəsmiləşdirmişik. Gedib kiməsə fiziki təzyiq edib, kimisə öldürməyəcəm ki, sabahı da cəza alım. Hazırda məsələ araşdırılır”.

Gənc müğənni bildirib ki,təzminat tələb etmir. Heç vaxtı anasını söydürüb, əvəzinə təzminat almaz. Edilən hərəkətlərin qarşılığında cəza istəyir: “Haqqımda yazır ki, oteldə belə eləmisən, elə eləmisən və s. Mənim adıma səhifələr açıb, şəkillərimi paylaşır, hər kəsə yazır ki, bu müğənni deyil,əxlaqsızdır. İşi məni insanlara əxlaqsız kimi təqdim etməkdir. Hazırda məni dövlət məmurlarını sosial şəbəkələrdə söyən oğlanlara söydürürlər. Bu barədə məlumat vermişəm. Xaricdə olanlara söydürmək üçün xanımın gücü çatmaz. Yəqin ki, bunu Cabbar etdirir. Məni təhdid və təhqir edirlər. Cabbar Musayev biabırçılıqdan qorxurdu, mən də məsələni sosiallaşdırdım. Artıq bu, onun utanc, xəcalət yeridir. 63 yaşındadır, bu, onun yaşına yaraşan şey deyil. Mən özüm şahidiyəm ki, həmin xanım Cabbarın görüşdüyü xanımdır, sevgilisidir”.

Qeyd edək ki, bir müddət öncə Dəniz Əsədova Cabbar Musayevin sevgilisi ilə birləşib, onu təhqir etdiyini bildirmişdi.

Cebhe.info məsələylə bağlı Cabbar Musayevin mövqeyini öyrənməyə çalışsa da, müğənni telefonu açmayıb.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024