Mediatv.az xəbər verir ki, müsabiqənin nəticəsi aprelin 10-da açıqlanacaq. Məlumatda bildirilir ki, İcra Hakimiyyəti aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materialları satın alacaq. Bunun üçün isə 105 min 98 manat ayrılması nəzərdə tutulub.
Bəs, Seymur Orucovun rəhbəri olduğu qurum bu qədər vəsaitə hansı malları alacaq? Açıq mənbələrdə qeyd edilir ki, Ağstafa İcra Hakimiyyəti bu pulun bir qisminə 102 kub metr taxta alacaq. Eyni zamanda, 134 ton sement, 370 ədəd metal dam örtüyü və 180 kq mismar alınması da nəzərədə tutulub. Bundan əlavə, İcra Hakimiyyəti 380 kvadrat metr hörgü işi də reallaşdıracaq.
Maraq üçün Ağstafa İcra Hakimiyyətinin 5 çeşid mal və xidmət üçün hansı məbləğdə pul xərcləyəcəyini dəqiqləşdirməyə çalışdır. Qeyd edək ki, həmin məhsullar üzrə ən yüksək qiymətləri əsas götürmüşük. Belə ki, İcra Hakimiyyətinin almaq istədiyi:
– Taxtanın hazırda bir kubunun bazar qiyməti 275 manat təşkil edir ki, bu da 102 kub metr taxta üçün 28 min 50 manat deməkdir.
– 134 ton sementin alış qiyməti isə (bir tonu 160 manat olmaqla) 21 min 440 manat xərc tələb edəcək.
– Ən bahalı dam örtüyünün birinin 4.3 manat olmasını nəzərə alsaq, bu da 1591 manat vəsaitə başa gələcək.
– Alınması nəzərdə tutulan mismarın isə bazar qiyməti hər kiloqram üçün 4 manatdır. 180 kq mismarın alınması da bu qiymətlə 720 manata bərabər olacaq.
– Son olaraq 380 kvadrat metr hörgü işinin də qiymətini də qeyd edək. Hazırda ustalar ən yaxşı halda hörgü işini 8-10 manat arasında edirlər. Ən yüksək qiymətlə götürsək, o zaman həmin işin görülməsinə 3800 manat xərc tələb olunacaq.
Beləliklə, bizim hesablamamıza görə, Ağstafa İcra Hakimiyyətinə sözügedən tender üzər işlərin görülməsi üçün 55 min 601 manat pul lazımdır. Yəni, bu işlərin görülməsini sözügedən məbləğdə reallaşdırmaq mümkündür.
O zaman sual meydana çıxır ki, Ağstafa İcra Hakimiyyəti 55 min 601manatlıq iş üçün niyə 105 min 98 manat vəsait ayırıb? İcra başçısı Seymur Orucov cənabları, görəsən, izafə 50 min manat üçün hansı plan qurub? Və ya məbləğ niyə iki dəfə şişirdilib?
Ümid edirik ki, Ağstafanın icra başçısı suallarımıza cavab verəcək. /Tribuna/

























