Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (16-08-2014, 20:01)
“Təfəkkür” və “Bakı Biznes” Universitetlərinə qəbulun qiyməti qalxıb-İDDİA

 

Təhsil nazirinin dəyişdirilməsi belə bu sistemdə olan problemləri həll etmədi. Yenə testdənkənar qəbul və balı aşağı olan abituriyentlərin müxtəlif yollarla özəl ali məktəblərə qəbulunun şahidi oluruq.

Məlumata görə, bir neçə gün öncə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul siyahısını açıqlaması ilə əksər özəl ali məktəblərdə al-ver başlayıb. Bunu gözləyən rektorlar öz yaxın adamlarına "start” əmri veriblər.

Məlumatda qeyd olunur ki, ilk yerləri "Təfəkkür” və "Bakı Biznes” Universitetləri tutur.

Belə ki, ali mətəblərə qəbul ola bilməyən abituriyentlərin sözügedən universitetlərə qəbul olunması çox asandır. Rektorlara yaxın olan və bu işin ustaları sayılan adamlara 8-15 min manat verməklə tələbə adını qazanmaq olar.

Qeyd edək i, bir ay əvvəl bu rəqəm 5-10 min manat olubsa, indi bir az qalxıb – 8-15 min manat. Səbəb isə dərs ilinin başlaması və artıq şansların azalmasıdır. Ötən il bu işdə adı ifayət qədər hallanan "Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev öz yaxın ətrafına tapşırıb ki, kifayət qədər ehtiyyatlı və dəqiq olsunlar.

Məlumatda həmçinin qeyd olunur ki, pulla universitetə qəbul olunan tələbələrə bildirirlir ki, onlar dərsə oktyabr ayinda gəlsinlər. Bunun da özəl səbəbləri var. Qəbul bitməli, öz savadı ilə tələbə adını qazananlar universitetə terləşdirilməli və bundan sonra testdənkənar qəbulla məşgul olmalıdırlar(Bizimxeber.az).

Elə isə maraqlıdır, bu tələbələrə diplomlar necə veriləcək? 4 il əziyyət çəkən tələbəyə testdənkənar qəbul olunduğu üçün saxta diplomlarmı kim verəcək? Yoxsa rektor Müşfiq Atakişiyev və ya İbad Abbasov kiminləsə razilaşıblar?

Daha dəqiq təfərrüatlar barədə geniş məlumat verəcəyik… Bizi izləyin!!!

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024