Karusel (27-11-2014, 16:33)
Gülər Əhmədova YAP-a qayıdır?
Sabiq millət vəkili Gülər Əhmədovanın yenidən partiya üzvlüyünə qəbul ediləcəyi ilə bağlı yayılan xəbərlərə Yeni Azərbaycan Partiyasından (YAP) münasibət bildirilib
Mediatv.AZ xəbər verir ki, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov AzVision.az-a açıqlamasında bildirib ki, Gülər Əhmədovanın partiya üzvlüyünə qəbul edilməsi yuxarı təşkilatların ona qarşı olan münasibətindən asılıdır:
“Əvvəlcə onun hərəkət və davranışlarına, yuxarı təşkilatların ona qarşı münasibətinə baxılacaq. Əgər o deputatalığa bərpa olunarsa, onda partiyaya da qəbul olunmalıdır. Əgər onu deputatlığa qəbul etməsələr, biz də onu partiyaya qəbul edə bilmərik. Ona hələ bəraət verilməsi məsələsinə də biz zəmanət verə bilmərik. Onun günahsızlığı təsdiq olunarsa, biz İdarə Heyətinin fikrinə uyğun olaraq müzakirəyə qoyub onu partiyaya qəbul edə bilərik. Həmçinin o, özü partiyaya qəbul olunmaqla bağlı müraciət etməlidir. Gülər Əhmədova universitetdəki partiya təşkilatında qeydiyyatda idi. O, birinci universitetə müraciət etməlidir. Əgər universitet onu qəbul edərsə, bu qərarı da biz müzakirə edib, təsdiqləyərik”.
Xatırladaq ki, sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videogörüntülər əsasında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə maddələri ilə təqsirləndirilmişdi. Bir müddət öncə isə Bakı Appelyasiya Məhkəməsində Gülər Əhmədovanın şərti azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024