Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-11-2014, 20:05)
İcra başçısının “adamlar”ı sakinlərə hədə-qorxu gəlirlər - Novruz Novruzov su çənlərinə qarşı savaş açıb...

Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov əhalinin hüquqlarını pozmaqda davam edir.

Avrasiya.net-in bu dəqiqələrdə rayon camaatından aldığı məlumata görə, icra başçısının göstərişi ilə İcra Hakimiyyəti əməkdaşları H.Əliyev prospektində yerləşən evlərə gedərək sakinlərə hədə-qorxu gəliblər. Səbəb isə bu olub: “Prospektə baxan evlərin hamamları üstündəki su çənləri götürülməlidir. Bu tapşırığı yerinə yetirməyən isə cəzalandırılacaq”.
N.Novruzovun “adam”ları bu tapşırığın yerinə yetirilməsini prospektin abadlaşdırılması və onun “gözəlliyi”nə xələl gətirildiyi ilə əlaqələndiriblər. Həmin prospektdə isə 200-ə yaxın ev var ki, onların da əksəriyyətinin hamamı üstündə su çəni var.
Xatırladaq ki, 2007-ci iləd Şabrana icra başçısı təyin olunanda da N.Novruzov belə bir addım atmışdı. O zaman prospektdəki evlərin hasarlarını qaldırmışdır ki, bu da sakinlərə maddi ziyan dəymişdi. Belə qaldırılan hasarların əksəriyyəti üzərində dam örtükləri sıradan çıxmış və yağış suları evlərin həyətlərinə dolmuşdu.
Sakinlər bildirilər ki, icra başçısı məqsədi əgər prospektin görünüşünü yeniləşdirməkdirsə, ilk növbədə təmizliyi qorusun. H.Əliyev prospekti 21 saylı ünvana qoyulan zibil qutusuna 4 küçənin məişət tuallantısı atılır. Gecələr zibil qutusunda eşələnən itlərin səsindən yatmaq olmur, gündüzlər isə zibilin iyindən.
Prospektin asfalt döşəməsi dağılıb, işıqlandırma sistemləri sıradan çıxıb, yol ətrafı əkilən güllər quruyub, evlərin hasarlarına vurulan daş örtükləri qopub və s

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024