Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-07-2021, 18:47)
Məktəb direktoru müəlliminə POZĞUN dedi - QALMAQAL

Məktəb direktoru müəlliminə POZĞUN dedi - QALMAQAL
Tarix: Bu gün, 16:45 | Çap et
Məktəb direktoru müəlliminə POZĞUN dedi
Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova özbaşınalıqda və rüşvətxorluqda ittiham olunur.

Bununla bağlı Bizim.Media-ya sözügedən məktəbin 4 direktor müavini müraciət edib.

Dediklərinə görə Roza Məmmədovanın qanunsuz əməllərindən və məktəb daxilində yaratdığı intriqalardan təngə gəliblər. Artıq onunla birgə çalışmaq mümkünsüz hal alıb.

Şikayətçilər baş verənlərlə bağlı iyunun 25-də Təhsil Nazirliyinə rəsmi müraciət etsələr də, nə onların məktubuna cavab gəlib, nə də direktorla bağlı ölçü götürülüb.

Qadın müavinlərin iddiasına görə psixoloji durumunda problem olan Roza Məmmədoava işçilərlə davranışını qarğış və təhqir üzərində qurub.

Tez-tez aşağılandıqlarından gileylənən müavinlər məktəbdə “at oynadan” direktorun barəsində tədbir görülməsi tələbi ilə çıxış ediblər:

“Məktəbdə qanunsuzluq baş alıb gedir. Yeni təyin olunan müəllimlərdən pul istənilir, hər işçidən 5 manat qəzet pulu alınır, analıq məzuniyyətinə çıxmış müəllimin yerinə yeni gələn qeyri-qanuni daimi işə təsdiqlənir. Hansı ki, iyunun 15-də əmri verilib və sentyabrdan işə gələcək. Əslində o müəllimlə işmiz yoxdur. Məktəbimin bütün müəllimləri etikalı və yaxşı insanlardır. Sadəcə Roza müəllimənin haqsız əməllərindən və çirkin davranışlarından yorulmuşuq. Onunla işləyə bilmirik. Bütün “zavuç “lar onun əlindən yığılıb. Qadın müavinlərə kişi müəllimləri yanında nalayiq və əxlaqsız sözlər deyir. Bizi incidən budur. Hamımızın ailəsi var, xəbərləri olsa, vəziyyət daha betər olar. Təsəvvür edin, qadınının əxlaqsız olduğunu eşidən ər nə etməz? Tələbimiz odur ki, direktorun bu əməllərinin qarşısı alınsın”.

2 ildir Roza Məmmədova ilə çalışdığını deyən müavinlərdən biri direktorun haqsızlıqlarına daha göz yuma bilmədiyini qeyd edib:

“Onun sağ əliyəm və məktəbin bütün sənəd işlərini mən aparıram. Dəfələrlə haqqın tərəfində olmuşam. Roza müəllimə isə hər kəsin yanında məni aşağılayaraq “başa düşmürəm meşədə ayının tərəfindəsən, ya meşənin” deyərək qəsdən müəllimlərlə aramızda intriqa yaradır. İki müəllimi qanunsuz işə götürüb və onlardan rüşvət alıb. Amma yanımızda “Qurani -Kərim”i götürüb and içir ki, heç kimdən guya 1 qəpik belə pul almayıb. Bu adama həqiqəti sübut etmək də müşkül məsələdir. Direktorla höcətləşmirəm, onunla qalmaqaldan uzaq qalmağa çalışıram. Amma əsəblərim daha dözmür. Sağlamlığımla bağlı əziyyət çəkirəm. Elə bilirəm yeni direktor gəlsə, bundan yaxşı olacaq. Mən Sumqayıtdan məlum problemlərə görə Masazıra köçmüşəm. Haqqımda kişi müəllimlərin yanında mənfi rəy formalaşdırıb. Məni pozğun kimi qələmə verib. Guya Sumqayıtda pis işlərlə məşğul olduğum üçün Masazıra gəlmişəm. Bir sözlə psixozla işləyirik”.

Roza Məmmədovanın Abşeronda 5 məktəb dəyişdiyini vurğulayan xanım müavin onun rüşvət səbəbindən işindən çıxarıldığını bildirib:

“3 ildir ki, bizim məktəbə göndərilib. Hərc-mərclik, dedi-qodu, təhqir və hər şey eşidirik. Vakant olmadığı halda müəllim gətirir. Dərs saatlarımızı əlimizdən alır. Bu insan məktəbdə sağlam emosiya ilə mühit yarada bilmir. Ancaq öz cibini və xeyrini güdür. Bütün müəllimləri və işçiləri təzyiq altında saxlayır. Təhsil Naziriyinə də Roza müəllimənin özbaşınalıqlarından şikayətlənmişik. Amma məktubumuza cavab gəlməyib. Sadəcə nazirlikdən direktorun özünə zəng olunub və şikayətimizlə bağlı ona xəbər verilib.

Nazirliyin Daxili nəzarət şöbəsi məktəbdə iki gün yoxlama aparıb və kifayət qədər nöqsanlar aşkarlayıb. 32 nəfər texniki işçi siyahısı ortaya çıxıb. Halbuki məktəbdə 12 texniki işçi işləyir. Qalan 20 nəfər işə gəlməyən, ölü canlardır. Təhsil Nazirliyi bu qanunsuz faktı da aktlaşdırıb. Amma direktorun bu hərəkətləri ilə bağlı nəticə yoxdur”.

Qeyd edək ki, Bizim.Media Təhsil Nazirliyinin Masazır kənd 4 nömrəli məktəbdə yoxlama apardığı barədə məlumat dərc etmişdi.

Xatırladaq ki, Roza Məmmədovanın adı əvvəllər də qalmaqallarda çəkilib. O, bundan əvvəl Xırdalan şəhər 8 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Məktəb direktoru müəlliminə POZĞUN dedi

SƏSYAZISI BURADA...........................................
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024