Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-11-2014, 17:01)
Binədə aksiya- Saxlanan və yaralananlar var+Fotolar

Noyabrın 8-də Bakıda, Binə qəsəbəsi “Sovxoz ərazisi” adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirib. 

 

“Mediatv.az” xəbər verir ki, etirazçıların AzadlıqRadiosuna bildirdiyinə görə, aksiyaya səbəb yağan yağışdan sonra massivə gələn yolların keçilməz həddə çatmasıdır.

Polislərlə qarşıdurma

Etirazçılardan Roman Məmmədov deyir ki, səhər saatlarında başlayan aksiya normal keçsə də, polislərin müdaxiləsindən sonra ara qarışıb:

“Yollar bərbad vəziyyətdədir deyə, yağışdan sonra marşrutlar bizim tərəfə gəlməkdən imtina edir. Hər gün məcbur qalıb 3-4 kilometr piyada gəlirik ki, marşrut dayanan yerə çataq. Bu gün səhər yığışdıq marşrutların qarşısını kəsdik, icra nümayəndəsini tələb etdik ki, bu işə əncam çəksinlər. Dərhal polislər tökülüşdü. Hər şey normal davam edirdi. Polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başladı. Bundan sonra cavanlar dözə bilmədi və polislərlə qarşıdurma yarandı. Qarşılarına keçəni - qadın, kişi bilmədən döyüb, palçıqda sürüyürdülər”.

“İndiyədək belə qəddarlıq görməmişdik...”

Roman Məmmədov deyir ki, aksiyaçıların dağılışmadığını görən polis hadisə yerinə əlavə qüvvələr göndərib:

“200-ə yaxın polis gəldi. Başladılar döyüb, həbs etməyə. Ən çox hadisəni telefonla çəkənləri döyür, sonra telefonların əllərindən alıb qırırdılar. 30-dək şəxs həbs olunub. Bir yaşlı qadını necə vurdularsa, yıxılıb suyun içərisində qaldı. Sonra maşına basıb apardılar. İndiyə kimi bu cür qəddarlıq görməmişdik. Biz bəyəm nə istəyirik? Bu qəddarlıq nəyə lazımdır? Hamı qorxusundan dağılışdı. Tutulanları Xəzər rayon Polis Şöbəsinə aparıblar. Hələlik heç bir xəbər yoxdur. Maraqlanan olmasa, sabah aksiyanı davam etdirəcəyik”.

Binə qəsəbəsi sahə müvəkkili Behbudov AzadlıqRadiosuna aksiya ilə bağlı danışmaq istəmədiyini bildirdi:

“Siz haradan bildiniz ki, bu işlə mən məşğul oluram? Heç nə danışa bilmərəm”.

Xəzər rayon Polis İdarəsi və Xəzər rayon İcra Hakimiyyətindən də suallarımızı cavabsız qoydular.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024