Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-04-2021, 18:12)
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA

Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi
Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pərivan” MMC (VÖEN-1006771241) olub.
“Gənclərin İnkişaf və Karyera Mərkəzi” yeni açılacaq region nümayəndəlikləri ilə bağlı tədbirlərin təşkili və malların alınması üçün “Pərivan” MMC-yə 46 min 640 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 46,6 min manatlıq tender müsabiqəsinin qalibi olan “Pərivan” MMC cəmi 4 ay əvvəl – dekabr ayının 8-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “Pərivan” MMC -nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə İbrahimov Şəmsəddin Bəhram oğludur.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul-dekabr aylarında “Pərivan” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “Pərivan” MMC -nin qanuni təmsilçisi İbrahimov Şəmsəddin Bəhram oğlu eyni zamanda “Balxas”, “Myanmar” və “Komor-2020” MMC-lərin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (əsasən coğrafi adlar) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-dekabr aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlər bunlar olub:

Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024