Siyasət (21-10-2020, 20:30)
"DÜŞMƏN NİZAMSIZ QAYDADA GERİ ÇƏKİLİR..." - "6 PUA-sı məhv edilib, xeyli silah-sursatı ələ keçirilib"
“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl də vurğulayıb”.
“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub” -deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.
Onun sözlərinə görə, onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində müdafiə həddi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.
Anar Eyvazov deyib ki,düşmən ordumuzun qarşısıda acizdir: “Hazırda Azərbaycan Ordusu tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin silahlı texnikası, cəlb etdikləri muzdluları heç bir işə yaramır”.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun əsas dayağı dövlət, xalq və ordu birliyidir: “Azərbaycan Ordusu Ali Baş Komandanın hər çıxışından sonra ruhlanır və irəli atılır. Döyüş meydanında böyük qəhrəmanlıq nümayiş etdirir. Ali Baş Koamandanın əmrinə uyğun olaraq tezliklə işğal altında olan torpaqlarımız azad ediləcək. Qələbə bizimdir!”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024