Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-02-2021, 15:10)
“Ermənistan təzminat ödəyəcək və ya ödəməyə məcbur ediləcək” - Avropa Məhkəməsində milyardlıq çəkişmə

 Azərbaycan Ermənistanın təcavüzü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət edib.

Belə ki, ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir.

Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etdi. Ermənistan məğlubiyyətini təsdiqləyən 10 noyabr Bəyanatına imza atdı. Nəticədə bununla da hərbi əməliyyatlar dayandırıldı və Azərbaycan tarixi zəfərini elan etdi.

Hazırda isə Azərbaycan 30 il müddətində Ermənistanın vurduğu maddi-mənəvi zərərin kompensasiya edilməsi üçün iş aparır. İlkin hesablamalara görə, Ermənistan vurduğu zərər görə Azərbaycana 50 milyard dollar təzminat ödəməlidir.

Amma 10 noyabr Bəyanatında təzminat məsələsi yoxdur. Bəs bu məsələ necə tənzimlənəcək? Təzminat məsələsinin həllinə Avropa İnsan Hüquqları Məhkəməsi qərar verəcəkmi?

Məsələ ilə bağlı "Mediatv.az"-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, 10 noyabr Bəyanatı tərəflər arasında atəşkəsi tənzimləyir:

“Eyni zamanda bu, Ermənistanın rüsvayçı şəkildə təslimçilik aktı idi. Bəyanatda təzminatla bağlı hər hansı bir məqamın əks olunmasına ehtiyac yox idi. Təzminat tərəfin birinin digərinə vurduğu zərər görə yaranan hüquqdur. Ermənistanın mülkiyyət hüquqlarına, istər törətdiyi cinayətlərin davamı olaraq mənəvi və maddi ziyanlara görə Azərbaycanın təzminat tələb etmək hüququdur. Bu mənada Azərbaycan kifayət qədər təmkinli davranır. Cənab Prezidentin tapşırığına uyğun olaraq Qarabağda bərpa-quruculuq işlərinin ilk mərhələsində dağıdılmış evlər bir-bir qiymətləndirilir, sənədləşdirilir.

Bu sənədləşmə tam yekunlaşdıqdan sonra, artıq beynəlxalq məhkəməyə təqdim olunur. Məhkəmə yalnız mötəbər sübutları sübut kimi qəbul edir. Mötəbər, əsaslı olmayan sübutlar məhkəmə tərəfindən əsaslı fakt kimi qəbul edilə bilməz. Buna görə də Azərbaycan kifayət qədər təmkinli, hüquqa uyğun davranaraq ziyanın qiymətləndirilməsi və buna paralel olaraq vətəndaşlara dəyən maddi və mənəvi zərərin qiymətləndirilməsini həyata keçirir. Burada iki istiqamətimiz var. Bundan biri mülki istiqamətdir. Digəri isə insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin beynəlxalq tribunala çıxarılmasıdır.

Azərbaycan tərəfi bununla bağlı addımları atır, atacaq da. Biz hələ prosesin əvvəlindəyik. Bizim hələ araşdırmalar nəticəsində ortaya daha təsirli nüansların çıxacağı aydındır. Məsələn, işğal dövründə minalanmamış ərazilər var idi, 10 noyabr Bəyanatından sonra ermənilər oraları da minalayıb gediblər. Bunun özü də cinayət tərkibi yaradır. Bu da beynəlxalq hümanitar hüquq qaydalarının pozulmasıdır. Mülki insanlara münasibətdə aşkar vəhşilikdir. Bunlar hamısı qiymətləndirilir və istər cinayət, istərsə də mülki pozuntulara görə Ermənistan təzminat ödəyəcək və ya ödəməyə məcbur ediləcək”.

Məlumdur ki, Avropa bütün zamanlarda Azərbaycana qarşı ikili standartlardan yanaşıb. Ermənistana münasibətdə isə daim xristian təəssübkeşliyini işə salıb. Bunu ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti nəticəsində də açıq şəkildə görmək mümkündür.

Bəs bu dəfə necə olacaq? Avropa Məhkəməsinə etibar edə bilərikmi?

Bəhruz Məhərrəmov hesab edir ki, Avropa Məhkəməsinin özündə bərabərlik hüquqi anlayışına çox həssaslıqla yanaşılır:

“Azərbaycana qədər artıq dövlətlər arasında analoji mübahisələr olub. Məsələn, Rusiya-Gürcüstan, Britaniya və İrlandiya arasında bu kimi proseslər olub. Dövlətlərin bir-birini məhkəməyə verməsi Avropa Məhkəməsinin yuristikasında artıq mövcud təcrübədir. Bu mənada Avropa Məhkəməsinin bu məsələ ilə bağlı haqlı qərar verməsi onun özünün bölgədəki inamının taleyini həll edəcək. Yəni Avropa Məhkəməsi Azərbaycanla bağlı siyasi məsələləri dərhal icraatına götürür. Azərbaycanın Ermənistandan təzminat tələb etməsi isə siyasi məsələlərdən az əhəmiyyətli deyil, əksinə çox daha əhəmiyyətlidir. Bir dövlət əgər təcavüzü dəstəkləyir, həyata keçirirsə, həmin dövlətə qarşı qərar çıxarmamaq artıq həmin məhkəmənin özünün ədaləti bərqərar etməsi amalını sual altına qoya bilər. Ona görə də Avropa Məhkəməsinin bu məsələdə ədalətli qərar verəcəyinə inanıram”.шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024