Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-02-2021, 13:00)
Keçmiş nazir məhkəmədən NİYƏ QAÇIR?


Keçmiş nazir məhkəmədən NİYƏ QAÇIR?
Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun məhkəmədə dindirilməsi yenidən tələb olunub.

Mubahise.az xəbər verir ki, o, nazir olduğu dövrdə tabeliyində işləmiş – nazirliyin Hidrometeorologiya Departamentinin baş mühasibi olmuş İlqar Hacıyevin vəkili məhkəmədə bu barədə vəsatət qaldırıb.

Departamentin rəhbəri Əkbər Həsənov, baş mühasibi İlqar Hacıyev və daha üç keçmiş əməkdaşı əslində, işləməyən 107 nəfərin adına açılmış kartlara əməkhaqqı kimi ödənilmiş 451 min manatın mənimsənilməsində ittiham olunaraq məsuliyyətə cəlb edilib. Təxminən bir ildir ki, onların məhkəməsi gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə artıq məhkəmə istintaqı başa çatıb. Prokuror təqsirləndirilən şəxslərdən Əkbər Həsənovun 10 il, İlqar Hacıyevin 9 il, Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin isə 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosessual qaydalara əsasən, prokurordan sonra vəkillərin müdafiə çıxışı olur. İlqar Hacıyevin vəkili məhkəmə istintaqının yenilənməsi və keçmiş nazirin çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, obyektiv və hərtərəfli araşdırma baxımından bu vacibdir.

İlqar Hacıyev deyir ki, adı olub, özü olmayan işçilərin adına maaş kartları açılıb, ora köçürülən vəsaitlərin sonradan çıxarılmasından nazirin də məlumatı vardı. Onun sözlərinə görə, hər ay təkcə onların departamenti nazirə 10 min manat pul çatdırırdı.

Vəkilin sözlərinə görə, bu iddiaların araşdırılması üçün sabiq nazirin dindirilməsinə ehtiyac var. Bu məsələlər araşdırılmadan məhkəmə istintaqı yekunlaşmamalıdır.

Lakin məhkəmə keçmiş nazirin çağrılması haqda vəsatəti təmin etməyib.

Məhkəmə prosesi digər vəkillərin müdafiə nitqilə davam edir. Daha sonra təqsirləndirilən şəxslər məhkəmədə son sözünü deyəcək, ardınca hökm oxunacaq.

Təqsirləndirilənlərdən yalnız İlqar Hacıyev həbsdədir. Digərləri barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə 451 min manatlıq ziyan artıq ödənilib. Onun 300 min manatını Əkbər Həsənov, qalanını isə İlqar Hacıyev ödəyib.

Hüseynqulu Bağırov isə rəsmi nümayəndəsi vasitəsilə yaydığı açıqlamada İlqar Hacıyevin dediklərinin həqiqətə uyğun olmadığını bəyan edib: “İlqar Hacıyev məhkəmədə müxtəlif adamların adlarını çəkməklə, şantaja əl atmaqla məsuliyyətdən yayınmağa çalışır”.

Sabiq nazirin nümayəndəsi vurğulayıb ki, cinayət işinin materiallarında bəhs olunan maliyyə maxinasiyaları Hüseynqulu Bağırov nazir vəzifəsindən uzaqlaşdırılandan sonra baş verib.

İlqar Hacıyev isə məhkəmədə bildirmişdi ki, yeni nazir vəzifəyə təyin ediləndən sonra nazirlikdə vəsaitlərin necə xərcləndiyinin araşdırılması məqsədilə audit keçirilməsinə göstəriş verib. Yoxlamalar zaman saxta kartlarla bağlı məsələnin də üstü açılıb.

Hüseynqulu Bağırov məhkəmədə onun ünvanına ittihamlar səsləndirən keçmiş işçisini buna görə xüsusi ittiham qaydasında məhkəməyə verib, onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edib. Lakin Nəsimi rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçiriləndən sonra keçmiş nazirin iddiasının icraata götürülməməsinə qərar verib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024