Karusel (28-10-2014, 18:59)
Ermənilər Zəngilanda açılış etdi - Fotolar
Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistan rəhbərliyi zəbt edilən 7 rayona da qanunsuz əhali köçürülməsi prosesini davam etdirir.
“Mediatv.az” modern.az-a istinadən xəbər verir ki, bu gün Qarabağ separatçılarının lideri Bako Saakyan Dağlıq Qarabğın inzibati sərhədlərindən kənarda yerləşən və tarixən ermənilərin yaşamadıqları Zəngilan rayonunun mərkəzində yeni tikilən uşaq bağçasının və xəstəxananın açılışında iştirak edib. Separatçıların lideri layihəni maliyyələşdirdiyi üçün erməni əsilli isveçrəli biznemsen Vardan Sermakeşə təşəkkürünü bildirib. Bundan başqa, Bako Saakyan və Vardan Sermakeş Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl yatağına baş çəkiblər və mövcud qızıl hasilatı ilə maraqlanıblar.
İşğal olunmuş Zəngilan rayonunun məskunlaşmasında və rayon ərazisindəki layihələrin maliyyəşməsində iştirak edən Vardan Sermakeş uzun illər Fransanın “Olimpik” (Marsel) və Ermənistanın “Ararat” futbol klublarının prezidenti olub. Hazırda İsveçrdə saat istehsalı ilə məşğul olan “Franck Muller” şirkətinin prezidenti səlahiyyətlərini icra edən Sermakeş 2011-ci il dekabrın 1-dən Ermənistanın Marsel şəhərindəki baş konsuludur.