Karusel (18-10-2014, 19:24)
Regional təhsil idarələrinin yaradılması təxirə salındı
Gələn ilin büdcəsində bunun üçün vəsait nəzərdə tutulmayıb
2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin yaradılması təxirə salınıb. Mediatv.az Lent.az a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb. Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Yerlərdə olan təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə təhsil nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək”.