Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-07-2014, 15:43)
Struktur dəyişir, təhsilin səviyyəsi də dəyişəcəkmi?

 


Xəbər verdiyimiz kimi, prezidentin Təhsil Nazirliyi strukturunun təkmilləşdirilməsi haqda sərəncamından sonra nazirlikdə İşçi qrup yaradılıb.

 

Nazirlikdən bildiriblər ki, İşçi qrup prezidentin sərəncamı ilə əlaqədar Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlı təkliflər hazırlayacaq.
Xatırladaq ki, prezidentin sərəncamında Təhsil Nazirliyinin rayon-şəhər idarələrinin bir neçə regional idarədə birləşdirilməsinə göstəriş verilib.
Nazirlikdəki struktur dəyişiklərinə təhsil məsələləri üzrə ekspert Etibar Əliyev də münasibət bildirib. O, “Media forum” saytına deyib ki, indiki dövrdə məktəb təhsilində keyfiyyəti yaxşılaşdırmağın əsas yollarından biri çevik idarəetmə strukturları yaratmaqdır: “Sovet dövründəki rayon maarif şöbələrini müstəqilliyimiz dövründə rayon təhsil şöbələri əvəz etdi. Amma onlar özlərini doğrulda bilmədilər. Təhsil şöbələrinin tam əksəriyyəti sovet dövrünün idarəçilik sistemi ilə çalışır. 2008-ci ildə Bakının bütün rayonları üzrə təhsil şöbələri ləğv olundu, Baş Şəhər Baş Təhsil İdarəsi yaradıldı və təhsilin idarə olunması paytaxtda bir mərkəzdə cəmləşdi. Müşahidələr göstərir ki, bu islahat paytaxt məktəblərində təhsilin keyfiyyətində elə bir dönüş yaratmadı. Ola bilsin, bu, Bakı Şəhər Baş Təhsil İdarəsində köhnə kadrların qalması ilə bağlıdır.
Şübhəsiz ki, paytaxtdan sonra regionlarda da islahat aparılmalı idi. Yəqin ki, rayon şöbələrini regional idarələrdə birləşdirmək təhsilin keyfiyyətini yaxşılaşdırmağa və idarəetməni asanlaşdırmağa hesablanıb. Regionlarda təhsilin keyfiyyəti paytaxtdakından dəhşətli dərəcədə aşağıdır. Regional təhsil idarələrinin heç olmasa bu fərqi aradan qaldırıb-qaldırmayacağını yalnız müəyyən müşahidələrdən sonra demək mümkündür”.

 

Etibar Əliyev regional təhsil idarələrinin özünü doğrultması üçün kadr islahatları aparmağı vacib şərtlərdən sayır: “Əgər 20-30 il rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışan adamlar yenidən təhsil idarələrinə rəhbər təyin ediləcəksə, çətin ki, işdə irəliləyiş olsun, bir dönüş yaransın. Regional idarələrə yeni kadrlar təyin olunmalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024