NUH.az saytının dərc etdiyi " Qaradağ sement zavodunun direktoru Frederikin kef məclisi " başlıqlı ötən yazıda Holcim sement zavodunda ( keçmiş Qaradağ sement zavodu ) baş verən qanunsuzluqlardan bəhs etmişdik.
Qısa xatırlatma üçün qeyd edək ki, 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə ( Açıq Səhmdar Cəmiyyəyə ) çevarilib.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur.
Ötən yazımızda qeyd etmişdik ki, əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər.
Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.
Ancaq neçə illərdir ki, yüksək gəlirlə işləyən “Sement zavodu” öz keçmiş işçilərinə. yəni səhmdarlara divident ödəmir. Bu barədə dəfələrlə səhmdarlar müxtəlif dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə olmayıb.
Zavodun maliyyə durumu ilə bağlı səhmdarlara heç bir məlumat verilmir, ASC-nin gəlirləri səhmdarlardan gizlədilir. Bu barədə ASC-nin Maliyyə direktoru Dilbər Sultanova ağzına su alıb susur.
Digər ən vacib məsələ odur ki, ASC-nin ümumi yığıncaqları pandemiya səbəbindən hər dəfə təxirə salınır. Görəsən ümumi yığıncaq keçirməyyə vaxt tapmayan zavodun direktoru Frederik Guimbal eyş-işrət məclislərinə necə vaxt tapır ?
Digər tərəfdən səhmdarların dividentlərini verə bilməyən cənab Frederik Guimbal bahalı eyş-işrət məclislərinə pulları haradan tapır ?
Bütün bunlar barədə ötən 1-ci yazımızda ətraflı bəhs etmişdik.
İndiki 2-ci yazımızda isə Holcim ASC-də baş verən daha təhlükəli və cinayət xarakterli olaydan bəhs edəcəyik.
Belə ki şirkətin istehsal etdiyi sementlərin konkret istifadə müddəti var. Həmin müddət keçəndən sonra sement keyfiyyətsiz və inşaat üçün yararsız hesab edilir. Ancaq şirkət bu qaydaya əməl etmir. Görəsən sabah Holcim ASC-nin vaxtı keçmiş sementləri ilə tikilən binalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər zəlzələ, təbii fəlakət zamanı necə olacaq ?
Baş verənlərə görə kim məsuliyyət daşıyacaq ?
Keyfiyyətsiz qida məhsullarına görə, konkret məsuliyyət müəyyən edilib, keyfiyyətsiz qida məhsulları müsadirə edilir, hətta bu məqsədlə Dövlət Qida Agentliyi yaradılıb. Bəs görəsən. Holcim ASC-nin keyfiyyətsiz, müddəti keçmiş sementləri ilə niyə dövlət qurumları maraqlanmır ?
Mütləq fəlakət, faciə baş verməlidir ki, bu problemə diqqət ayırsınlar ?
Ümumiyyətlə, Holcim ASC-də distrübüterlərin başına açılan oyunlar, onların hüquqlarının pozulması, şirkətin vergidən yayınması, "obnaliçka" məsələsi, oğurluq, tərəzidə aldatma və digər hallarla bağlı NUH.az-ın araşdırmaları davam edir.
Bizi izləyin.
VİDEOYA BU YAZIDA BAXA BİLƏRSİNİZ...
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024