Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-09-2014, 21:33)
Rusiya internetinin “xaç atası” Azərbaycanlı milyarder kimdir? – ARAŞDIRMA

Rusiya internetinin “xaç atası” Azərbaycanlı milyarder kimdir? – ARAŞDIRMA

 

Rusiyanın çoxmilyonluq dəyəri olan internet layihələrində adına tez-tez rast gəldiyimiz bir azərbaycanlı var: Ülvi Kasımov. Onu öz ölkəısində geniş auditoriya demək olar ki, tanımır. Rusiyada isə o, internet layihələrinə yatırım edən edən investorların ilk onluğuna daxildir. Belə yatırımçılara Azərbaycan internet məkanının da böyük ehtiyacı var.

Bəs kimdir Ülvi Kasımov? Haqqında bioqrafik məlumatlar azlıq təşkil etsə də, atası Mütəllim Qasımovun tanınmış neftçi olduğu, uzun müddət SOCAR-da yüksək vəzifələrdə çalışdığı bildirilir. 90-cı illərin sonunda atası Moskavaya köçür və Ülvinin həyatı tamami ilə dəyişir. Ülvi o zaman hələ Bauman Universitetində tələbə idi. Atasının əlaqələri və öz bacarıqları hesabına qısa zamanda milyonlar qazandı və Rusiyanın internet məkanında aparıcı fiqurlardan birini çevrildi.

Texnobaz.com “Forbes” jurnalında Ülvi Kasımovla bağlı dərc olunan geniş məqaləni müəyyən ixtisarlarla oxucularına təqdim edir.

“İstənilən biznes — bu, qəpiklərin biznesidir”

Ülvi Qasımov neft məhsullarının ticarəti ilə məşğul olurdu, “Qazprom” strukturlarında və Kurçatov institutunda işləyirdi, “Ozero” kooperativinin üzvləriylə tanış olurdu. Necə oldu ki, o, internet-investora çevrildi?

“İstənilən biznes — bu, qəpiklərin biznesidir. Əgər sən qəpiklərə məhəl qoymursansa, onda sənin sonundur”, —Sferiq investisiya şirkətinin banisi Ülvi Qasımov belə düşünür. Keçmiş neft məhsulları ticarətçisi, “Qazprom”un əməkdaşı və Kurçatov institutunun baş direktor müavini olmuş Qasımov bu gün riskli texnologiya layihələrinə pul yatırır.

Qasımovun idarəedici tərəfdaşı olduğu IQ One investisiya fondunun ən böyük uğuru 2012-ci ilin yazında “Meqaplan” biznesinin avtomatlaşdırması üçün 1C şirkətinin səhmlərini alması oldu — qiymətləndirmələrə görə, fond 10-15 milyon dollar dəyərində pul ödədi. İndi Qasımov əsas diqqəti “Yutinet” hipermarketinin yenidən qurulması layihəsinə ayırır, IQ 2010-cu ildə “Yutinet” hipermarketinin nəzarət paketini aldı. Qasımov ümid edir ki, “Yutinet”in rəqəmsal və məişət texnikaları mağazaları olan “Sotmarket” və E96 ilə birləşməsi yeni şirkətə imkan verəcək ki, Rusiyanın onlayn-ticarət liderlərindən biri olan “Ozon”u keçsin.

Sferiq aktivlərinin ümumi dəyərini Qasımov 500 milyon dollar həcmində qiymətləndirir. IQOne fondunun startapları və internet mağazalardan başqa, ona “Əkinçilik Sənəti” aqrar şirkəti və onlayn-ticarət məqsədilə infrastrukturun yaradılmasına dair, SferiqTown kimi, perspektivli layihələr aiddir. Sonuncunun inkişafı üçün Qasımov yarım ildir .art domen adına eksklüziv hüquqların əldə olunması uğrunda mübarizə aparır, buna dair ICANN beynəlxalq təşkilatı tərəfindən müsabiqə elan edilmişdir.

Ülvi Qasımov internet-bazarında necə yerini tutdu, investisiya yatırmaq üçün pulu necə qazandı və layihələri hansı prinsiplərə əsasən seçdi?

İlk milyon

N. E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin plazmatik enerji quraşdırıcıları kafedrasının tələbəsi Ülvi Qasımovun ilk biznesi dostlarla birgə metal konstruksiyaların — əsasən pəncərələrə və qapılara quraşdırılan polad barmaqlıqların istehsalı üzrə kooperativ idi. Bakıdan olan tələbə öz təşkilatı üçün bir sələmçidən 1989-cu ilin pulu ilə o dövr üçün böyük məbləğ sayıla biləcək 30 000 rubl aldı. Borcu qaytarmaq mümkün oldu: Qasımov xatırlayır ki, kooperativ ona ayda təxminən 2000 rubl gəlir, ilkin investisiya isə təxminən 5000 rubl mənfəət gətirdi. Amma, onun sözlərinə görə, ilk “yaxşı” pulları Qasımov tamamilə başqa biznesdə qazanıb.

Aspiranturada oxuyarkən, Qasımov müəllimləri vasitəsilə, neft məhsulları ticarəti ilə məşğul olan “Baumanki” məzunlarıyla tanış oldu. “Onda hər şeydən istifadə edirdik: kompüterlər, avtomobillər, qiymətli kağızlar, neft məhsulları”, — onlardan biri, “Ural neft şirkəti”nin həmtəsisçisi Aleksandr Qorlaşkin xatırlayır. 1992-ci ildə təzə-təzə işə başlayan sahibkarlar Surqut mal-xammal birjasından aldıqları benzin və ağ nefti satırdılar. Elə həmin Surqutda Perm ərazisində kiçik neft yataqlarının alınması imkanının olduğu məlum oldu.

Qasımov yeni tanışlar üçün əsas problemlərdən birini həll etməyi təklif etdi — neft çıxarmaq üçün ucuz avadanlığın alınması. Bunun üçün 1994-cü ildə doğma Bakıya getdi və yerli zavodların avadanlığının alınmasına dair müqavilələrlə qayıtdı.

ARDNŞ-nin rəhbərlərindən biri olmuş və 30 illik neftçi stajına malik Mütəllim Qasımov öz əlaqələrindən istifadə edərək, oğluna bu işdə köməklik etdi.

Azərbaycan dəzgahlarına və “neftdaşıyanlara” Rusiyada tələbat vardı, buna görə də Qasımov müntəzəm daşınmaları qaydaya saldı və mənfəət əldə etdi. “Beləcə mən ilk milyonumu qazandım”, — sahibkar xatırlayır.

Elə həmin vaxtda Qorlaşkinin dəvəti ilə o, “Ural neft şirkəti”nin Moskva nümayəndəliyinə başçılıq etdi.

Qasımovun atası 1990-cı illərin sonlarında Moskvaya köçdü, burada “Qazprom”un törəmə şirkətlərindən biri, xidmət və avadanlıq təmiri üzrə işləri icra edən “Servisqazavtomatika” şirkətinə başçılıq etdi. 2010-cu ildə bu şirkət “Qazprom”a avadanlığın çatdırılması vaxtı dələduzluq işi ətrafında qalmaqala qarışdı, amma bu məsələ Qasımovlara toxunmadı.

2001-ci ildə isə Mütəllim Qasımov oğlunu öz müavini təyin etdi: buna səbəb ailə başçısının ağır xəstəliyi oldu, Ülvi xatırlayır. Oğul Qasımov avadanlıqlar ticarətindən əl çəkdi. Bütün işlərlə eyni zamanda məşğul olmaq çətin idi. Onun atası tezliklə işdən çəkildi, amma oğlunun faydalı əlaqələr qurmasına kömək etməyə imkan tapdı. 2003-cü ildə “Lentransqaz”ın baş direktoru və “Servisqazavtomatik”in əsas sifarişçilərindən biri olmuş Sergey Fursenko tərəfindən Ülviyə yeni iş təklif edildi. Qasımov Sankt-Peterburqa köçdü, burada Fursenkonun müavini vəzifəsini tutdu və bu böyük qaz nəqliyyat şirkətinin logistika və İnformasiya Texnologiyaları istiqamətinə cavabdehlik daşımağa başladı.

ulvi-2

«Ağ küy»

Qasımov deyir ki, hələ tələbə ikən elm və texnologiya sahəsindəki nailiyyətlərlə maraqlanırdı, buna görə də “Lentransqaz”da işləyərkən, əsas məşğuliyyətindən tamam fərqli mükəmməl bir layihə gerçəkləşdirməyə qərar verdi. Qasımov öz pulları hesabına “Ağ küy” adlı konfrans təşkil etdi və bu konfransa texnologiyanın ən müxtəlif sahələri üzrə məşğul olan alimləri dəvət etdi.

Snejinskdə yerləşən qapalı “atom” emi şəhərciyinin sakini, Moskva mühəndislik və fizika Universitetinin nəzəri fizika kafedrasının məzunu Sergey Şumskiy Elmlər Akademiyasının Fizika institutunda işləyirdi. Hələ 1993-cü ildə onun “neyron şəbəkələrinin təlimi” layihəsi Avropa Birliyi, Yaponiya, Rusiya və ABŞ tərəfindən yaradılmış Beynəlxalq elmi-texniki mərkəzdən 500 000 dollar dəyərində qrant aldı. Amma Şumskiy konfransa ticari müvəffəqiyyətli məhsulun yaradılması üçün investor tapmaq məqsədilə gəlmişdi.

2004-cü ildə Qasımov və Şumskiy “Aykumen” şirkətini yaratdılar və bərabər tərəfdaş oldular. Qasımov “öz milyonunu” yatırdı, Şumskiy isə öz təcrübəsi və komandası ilə töhfə verdi.

“Aykumen”in yaradılmasından bir il sonra, 2005-ci ildə, Qasımov gözlənilməz təklif aldı: Kurçatov institutunun direktoru Mixail Kovalçuk onu işə dəvət etdi.

Artıq 2006-cı ildə Qasımov yeni texnologiya layihəsini təşkil etməyə qərar verib Kurçatov institutundan getdi. İnternet-startaplarla məşğul olan investisiya fondu IQOne on payçının hesabına 2007-ci ildə qeydiyyata alındı, Qasımov deyir. Payçıların arasında o özü və iki “qeyri-rezident” var, o, partnyorların adlarını açıqlamadan dəqiqləşdirir. Amma SPARK sistemindən məlum olur ki, onlardan ikisi — artıq məşhur Georgi Fokin və Mixail Levçenkovdur. SPARK-a əsasən, onun partnyorları həmçinin “Qazprom”da minoritar paketlərə malikdirlər: Levçenkovda — bazar qiyməti ilə $808 753-luq, Fokində isə səhm $459 043-luq səhm.

Məlumdur ki, Qasımov IQOne-ya ən azından öz “Aykumen” layihəsindəki payını qoyub. Yaradılma anından fond 20 startapa sərmayə yatırıb, onlardan yeddisi bəhrəsini verib.

Qasımov etiraf edir ki, “hər şey əzab-əziyyətlə başlayırdı”, menecerləri dəyişmək lazım gəlirdi, ancaq nəticələrdən razı olduğunu deyir. 2012-ci ildə IQOne “Meqaplan” üzərində nəzarəti 1C şirkətinə satdı (hal-hazırda”Meqaplan” təsisçilər tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilir). Növbədə kompüter oyunlarının istehsalçısı “Fabrik Onlayn”ın kontrol paketinin satışı üzrə sazişdir.

Və e-ticarət mərhələsi

2010-cu ildə Qasımov elektron ticarətə sərmayə qoymağa qərar verdi. Mixail Ukolovım, IQOne-nin ilk aktivi “Yutinet” internet mağazasının nəzarət paketi oldu. “Yutinet”in əsası sahibkarlar – Mixail Ukolov, Oleq Rıbalov və David Qaloyan tərəfindən qoyulmuşdur. Fond onu 11 milyon dollara aldı. Bu, startap deyildi: 2008-ci ildə “Yutinet” noutbukların onlayn-satışlar bazarının 10%-ni tuturdu. Onun üç banisi IQOne-la yaxşı tanış idi, onlar “Meqaplan-ı” (əvvəlcə bu, “Yutinet”in idarə sistemi idi) buraxdılar, fon isə 2009-cu ildə bura daxil oldu.

“Qasımov klassik investor deyil, ona prosesdə iştirak etmək maraqlıdır”, — Ukolov xatırlayır.

Artıq bir il sonra Qasımov “Yutinet”i Moskva birjasına çıxarmağa qərar verdi və “Yutinet” ilk ictimai internet mağaza oldu. IPO 14 milyon dollar cəlb etməyə imkan verdi, yerləşdirmədən sonra şirkətin kapitallaşdırılması 139 milyon dollar təşkil etdi. “Yutinet”in nəzarət paketi 46,4%-ə qədər azaldı, amma IQOne ən böyük səhmdar olaraq qaldı.

Vahid e-ticarət şirkəti

2012-ci ildə IQOne elektron ticarətə sərmayə qoymağa davam etdi və iki nəzarət paketi aldı — onlaynda mobil telefonlarla və elektronikayla ticarət edən “Sotmarket” və ən böyük Yekaterinburq internet-riteyler E96.ru. FastlaneVentures fondunun investisiya meneceri Andrey Kulikovun qiymətləndirməsinə görə hər iki saziş investora təxminən 70 milyon dollara başa gəldi. “Sotmarket”in 49%-i mağazanın banisi Vsevolod Straxda qaldı, E96-nın 49%-ni isə onun baniləri olan Boris Lepinski və Dmitri Pivovarov öz aralarında böldülər. Sazişləri qurtarıb, Qasımov vahid şirkətin yaradılmasıyla məşğul oldu. Birləşmənin bazası ictimai “Yutinet” oldu.

2013-cü ilin yekunlarına görə, şirkətlərin ümumi gəliri 327 milyon dollar (144 milyon dollar — E96, 111 milyon dollar — “Sotmarket”, 72 milyon dollar— “Yutinet”) təşkil etdi, Ozon internet mağazasının gəliri isə – həmin dövr üçün turizm xidmətləri üçün komissiya haqları nəzərə alınmadan, 300 milyon dollardan az olmuşdur. “Ozon” “Forbes”ə ümumi dövriyyəsinin 750 milyon dollar olduğunu bildirib.

Gələcəyi hədəfləmək

Qasımov iddia edir ki, investor üçün ən mürəkkəb məsələlərdən biri, — yaradıcı komandaları tapmaqdır, buna görə də özünün şəxsi Sferiq layihəsində onları “böyütmək” istəyir. Gələcək sahibkarlar üçün Qasımov əvvəlcədən bütün məişət məsələlərini düşünüb: harada yaşayacaqlar, qonşular kimdir, uşaqlar harada təhsil alacaq, asudə vaxtlarda nə işlə məşğul olacaqlar, necə kredit götürmək olar.

Qasımovun girişdiyi daha bir sahə – incəsənət predmetlərinin onlayn-bazarıdır. “İndi onları satmaq çox çətindir: hər saziş — növbəti ekspertizadır”, — Qasımov deyir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024