Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-10-2020, 12:28)
Yaxın müddətdə Bakı Dağlıq Qarabağı nəzarət altına alacaq

Yaxın müddətdə Bakı Dağlıq Qarabağı nəzarət altına alacaq...
Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü davam edir. Müdafiə Nazirliyimizin cəbhə xəttindən yaydığı xəbərlər bunu bir daha təsdiqləyir. Bölmələrimiz azğın düşmənə bütün istiqamətlər üzrə sarsıdıcı zərbələr endirməkdədir. İşğal altındakı ərazilərimiz günbəgün kiçilir.

Əlbəttə ki, istənilən müharibənin qalibiyyətlə bitməsində informasiya savaşı da mühüm rol oynayır. Bu mənada hazırda Ermənistanla Azərbaycan arasında döyüşlər təkcə səngərlərdə getmir. Hələ ki erməni lobbisinin, ümumən ermənilərin ölkəmizə və ordumuza qarşı total yalanları ayaq tutsa da, yeriyə, qaça bilmir. O cümlədən İrəvanın öz strateji müttəfiqi Rusiyanı cidd-cəhdlə əməliyyatlara cəlb eləmək cəhdləri fiasko olmaqdadır.

Əsas səbəb odur ki, indi nə dünya həmin dünyadır, nə də Azərbaycan əvvəlki Azərbaycan. Başqa yandan, hamıdan yaxşı elə rəsmi Moskva bilir ki, biz öz torpaqlarımızda döyüşürük, Ermənistan ərazisində yox. Rusiya isə Ermənistanın müttəfiqidir, Dağlıq Qarabağdakı oyuncaq rejimin yox.

*****

Erməni yalanları əsasən bundan ibarətdir: guya budəfəki hərbi qarşıdurmada qardaş Türkiyə üçüncü tərəfdir, Azərbaycana hərbi kömək göstərir və guya Suriyadan, digər ölkələrdən Azərbaycana muzdlular gətirilir. Təbii ki, barmaqdan sovurulan bu yalanlarla bağlı ortada heç bir fakt yoxdur, ola bilməz. Bunu Azərbaycan prezidenti İlham Əliyev srağagün “Rosiya-1" telekanalının efirində, Ermənistan baş naziri Nikol Paşinyanla on-line debat zamanı arqumentli şəkildə bir daha izhar edərək, Rusiya ictimai rəyini də, beynəlxalq birliyi də növbəti dəfə arxayın elədi.

Sitat: “Azərbaycanın hazırlıqlı ordusu, çox böyük səfərbərlik ehtiyatı var. Dünən (srağagün - red.) mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanı orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Biz özümüz-özümüzü müdafiə etmək və təcavüzkarı cəzalandırmaq gücündəyik. Elə şəkildə cəzalandırmaq ki, o, bir daha hətta biz tərəfə boylanmağı belə qəsd eləməsin”.

Debat zamanı İlham Əliyev tutarlı arqumentlər və kontur-arqumentlərlə zəngin ətraflı çıxışı ilə hərbi əməliyyatların başlama səbəblərini və motivini bir-bir açıqladı, o sırada işğalçıya qarşı genişmiqyaslı cəza əməliyyatlarını qaçılmaz edən düşmən təxribatlarını sıraladı, bütövlükdə işğalçı tərəfin arqument sarıdan aciz qalan rəhbərinə faktiki, “master-klass” (“usta dərsi”) keçdi.

Belə bir dərsi indi həm də Azərbaycan Ordusu döyüş meydanında işğalçı qüvvələrə keçir. Onun canlı qüvvəsi və hərbi texnikasını kütləvi şəkildə məhv eləməklə və ya yararsız hala gətirməklə. Yazı hazırlanarkən verilən son məlumatlara görə, artıq düşmən tərəfdə çox böyük bir panika, təlaş yaşanır, işğal altındakı Ağdərə və digərı yaşayış məntəqələri sürətlə boşaldılır.

“İrəli, irəli! Yalnız irəli! Azərbaycan əsgəri, geriyə yol yoxdur!” Bu çağırış Azərbaycanın Müdafiə Nazirliyinin Facebook səhifəsindəki statusundandır. Ayrı cür ola da bilməz. Bu dəfə doğrudan da işğalçıya elə bir cəza, dərs verməliyik ki, bir daha Azərbaycan tərəfə boylanmağa cürət etməsin.

*****

“Ermənistanın mənfur siyasəti fiaskoya uğradı. Rəsmi İrəvan hər nə qədər Rusiyanı münaqişəyə daxil etmək istəsə də, hazırda Azərbaycan qarşısında tək qalıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə deyib ki, biz digər dövlətlərin daxili işinə qarışmırıq: “Bu, bir daha onu göstərir ki, Kreml mövcud gərginlik çərçivəsində Qarabağda baş verən hadisələri Azərbaycanın daxili məsələsi olaraq görür. Mahiyyət etibarilə bu, real və doğru yanaşmadır. Rəsmi İrəvan Kremlin səssizliyinə etiraz edə bilmir. Çünki Rusiyaya görə Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən İrəvan Moskva ilə münasibətləri korlaya bilməz. Bu gün Rusiya və ya Qərbin Ermənistana hansısa dəstək verəcəyini düşünmürəm”.

Bu yerdə erməni kökənli Rusiya XİN başçısı Sergey Lavrovun vaxtilə söylədiyi “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” hədəsi düşür. İndi nə oldu bəs? Putin “daxili işimizdir” deyir. Önəmli olan da Putinin dediyidir. Xeyrimizə olan bu gəlişmənin bir səbəbi Azərbaycanın həqiqətən də öz qanuni torpaqlarında əməliyyatlar apardığına dünyanı inandırmasıdırsa, digər səbəbi şübhəsiz, qardaş Türkiyənin Rusiya faktorunu kifayət qədər neytrallaşdıra bilməsidir...

*****

“Ermənistan ərazilərinə biz hər hansı zərbə endirmirik. Bu, bizim prinsipial mövqeyimizdir. Biz Ermənistana qarşı döyüşmürük. Biz döyüşləri o yerlərdə aparırıq ki, Rusiya o ərazilərin qeyd-şərtsiz Azərbaycana qaytarılmasını tələb edirdi. Döyüşlər məhz orada gedir. Bizim üçün bu, Böyük Vətən müharibəsidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri “Rosiya-1" telekanalının ”60 dəqiqə" adlı verilişində Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bildirib.

“Yaxın müddətdə Dağlıq Qarabağ nəzarət altına alınacaq. Əməliyyatı dayandırmaq intihar olardı”.

Bunu isə türkiyəli hərbi ekspert Coşqun Başbuğ ölkə mətbuatına açıqlamasında deyib.

“Ermənistan bir dövlət deyil, 1,5 milyon insanın yaşadığı coğrafiyadır. Nə siyasi iradəsi var, nə də iqtisadi gücü. Əhalisinin vəziyyəti acınacaqlıdır. Bu qədər acizlik içində olan Ermənistan təkbaşına Azərbaycana hücum edə bilərmi?”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın məğlub olacağını anlayan Qərb narahatdır. “Qərb Türkiyənin bölgədə gedişatı dəyişdirməyə başladığı andan etibarən ”dialoq" deyə çağırışlar edir", - deyə hərbi ekspert əlavə edib.

*****

Azərbaycanın Vətən müharibəsi davam edirkən Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan bu arada bəyanatla çıxış edib, hakimiyyətə çağırış edib. Ter-Petrosyan deyib ki, “Ermənistan ərazi itkisi olmadan müharibəni dayandırmalı” və “Rusiyanın təşəbbüsü ilə ATƏT-in Minsk Qrupu formatında mahiyyəti üzrə danışıqları dərhal bərpa etməlidir”.

Bu yerdə yada salaq. Vaxtilə (1998) erməni liderlərinin ən praqmatik düşüncəlisi sayılan Ter-Petrosyan Qarabağa dair Azərbaycanla mərhələli həll planını qəbul etməyin zəruriliyindən danışarkən demişdi ki, “biz bu varianta razılıq verməsək, gələcəkdə yalvaracağıq, ona görə ki, Azərbaycan güclənəcək, biz zəifləyəcəyik” (həmin plana əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, kommunikasiyalar, sərhədlər açılır, bölgənin yekun statusu isə sonrakı mərhələyə saxlanılırdı).

Buna görə Ter-Petrosyanı xain elan edib hakimiyyətdən devirdilər. Sonrası məlumdur. Azərbaycan gerçəkdən də gücləndi, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars strateji əhəmiyyətli dəmir yolu - hamısı Ermənistandan yan keçdi, tezliklə (oktyabrda) ondan yan keçəcək və Azərbaycanı Qərbə daha möhkəm bağlayacaq daha bir strateji qaz xətti - Cənub Qaz Dəhlizi işə düşəcək. Ermənistan isə hələ də qaldığı yerdədir, özlərinin etiraf elədikləri kimi, “tullantı” ölkəyə çevrilib. Bu azmış kimi, Paşinyanın avantürası öz xalqını yeni bir fəlakətə tuş edib.

Maniakal ideyalarla, Azərbaycan və Türkiyəyə qarşı maksimalist və həyasız tələblərlə, mifik “hərbi qələbə”nin eyforiyası ilə yaşayan ermənilər Levon Ter-Petrosyanı zamanında qiymətləndirə bilmədilər. Bu da acınacaqlı mənzərə. Ter-Petrosyanın 22 il öncəki xəbərdarlığı gerçəkləşməkdədir. İndi ermənilər onu əlləri üstdə hakimiyyətə qaytarsalar belə, yəqin ki, gecdir...
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024