Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-09-2020, 18:20)
Paşinyan tezliklə “ağ bayraq” qaldıra bilər: -Azərbaycan Ermənistanı əməlli-başlı “kötəkləyir”

 Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların yenidən bərpa olunmasından cəmisi bir gün geçib. Ermənistanın avantürist hərbi təxribatı ucbatından bərpa olunan silahlı toqquşmalar artıq çox şeyi köklü şəkildə dəyişib.

Halbuki hərbi əməliyyatların bərpasından olduqca az bir zaman keçib. Və bu zaman çərçivəsində baş verənlər üzərindən ilkin nəticələri təhlil etmək tamamilə mümkündür.

Əsas nəticə ondan ibarətdir ki, rəsmi İrəvan hərbi təxribatla növbəti dəfə ciddi səhvə yol verdi. Üstəlik, bu dəfəki səhvin Ermənistan üçün doğurduğu nəticələr özündən əvvəlkilərdən müqayisəedilməz səviyyədə daha ağır oldu.

Məsələ ondadır ki, Ermənistan silahlı qüvvələri sarsıdıcı cavab zərbələri aldı. Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə qarşı-qarşıya qaldı.

Məlum oldu ki, Ermənistanın savaş hazırlığı olduqca bəsit və zəifiymiş. Rəsmi İrəvan özünün alovlandırdığı silahlı münaqişəni davam etdirmək qabiliyyətində deyil.

Azərbaycan isə sübut etdi ki, yalnız Ermənistanın hərbi təxribatlarına qarşı müdafiə hazırlıqları ilə kifayətlənməyib. Əksinə, düşmənin hərbi təxribatlarını dəf etdikdən sonra dərhal sürətli əks-hücum planlarını da əvvəlcədən mükəmməl şəkildə hazırlamağa nail olub.

Ona görə də indi düşmən vahimə içərisindədir. Hazırda yaranmış situasiyada artıq rəsmi İrəvanın əsas hədəfi Azərbaycana “hərbi əzələ” nümayiş etdirmək deyil. Çünki cəmisi bir günlük silahlı toqquşmalar da sübut etdi ki, Ermənistanın elə bir ciddi “hərbi əzələ”si mövcud deyil.

Azərbaycan ordusunun döyüş meydanında qazandığı hərbi uğurlar da bunu birmənalı şəkildə təsdiq edir. Belə ki, Azərbaycan ordusu işğal altındakı bir sıra əraziləri düşməndən azad edib. Olduqca önəmli strateji yüksəklikləri ələ keçirib. Və ələ keçirilən yüksəkliklər hətta savaşın gələcək taleyini birmənalı şəkildə müəyyənləşdirə biləcək qədər əhəmiyyətli mövqelərdə yerləşirlər.

Məsələ ondadır ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür. Belə ki, hərbi ekspertlər bu yüksəkliyin sayəsində Ermənistandan işğal altındakı ərazilərə silah-sursatın daşınmasının qarşısı alına və ya ciddi şəkildə məhdudlaşdırıla biləcəyini vurğulayırlar.

Digər tərəfdən, Ermənistanın kifayət qədər ciddi canlı qüvvə və hərbi texnika itkiləri var. Və bununla bağlı statistika tez-tez dəyişir. Hətta Ermənistanın etiraf etdiyi rəqəmlər belə, rəsmi İrəvan üçün “həyəcan təbili”nin artıq çalınmağa başlamasından xəbər verir.

Bəzi məlumatlara görə, aldığı ardıcıl və sarsıdıcı zərbələrdən sonra Ermənistan ordusunda panik durum yaşanmağa başlayıb. Hətta silahı ataraq, döyüş mövqeyini tərk edən əsgər və zabitlərin olduğu bildirilir. Yəni kütləvi fərrarilik prosesi başlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat məlumatları da bunu müəyyən mənada, təsdiqləyir. Belə ki, erməni komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Əsas məqsəd təşvişə düşərək, işğal olunmuş ərazilərdən Ermənistana axın edən mülki şəxslərin və silahı ataraq, ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub, saxlanılmasıdır. Hətta həmin postlarda silahlı insidentlərin baş verdiyi, ölən və yaralananların olduğu da bildirilir.

Belə anlaşılır ki, Ermənistan öz fərrari hərbçilərinə qarşı II Dünya Müharibəsi dövründə sovet komandanlığının tətbiq etdiyi qəddar taktika ilə davranır. Belə ki, o dövrdə yaradılan və yaxşı silahlandırılmış xüsusi cəza dəstələri döyüş mövqeyindəki hərbi hissələrin arxasında yerləşdirilirdi və qaçmağa cəhd edən hər bir əsgər dərhal güllələnirdi.

Bütün bunlar onu göstərir ki, Ermənistan hərb meydanında olduqca ağır duruma düşüb. Hətta rəsmi İrəvanın savaşı dayandırmaq üçün uyğun situasiyanın yaranmasına cəhd göstərməkdə olduğu da qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın “France 24” telekanalına müsahibəsində “Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir. Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir” deyib.

Qəribə də olsa, Z.Mnatsakanyan Ermənistanın kompromisə hazır olduğunu bildirib: “Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini istəyirik, buna sadiqik. Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.

Göründüyü kimi, əvvəlcə hərbi təxribatlara başladılar, Azərbaycanın “tərs şapalağı” ilə sarsıdıcı zərbə aldıqdan sonrasa, dərhal “kompromis” yadlarına düşdü. Halbuki bu dəfə arxalandıqları həmsədrlərin iştirakı ilə danışıqlar prosesinin bərpası üçün məhz Azərbaycanın şərtlərini qəbul etməli olacaqlar.
Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən Azərbaycanın bəyan etdiyi şərti şəxsən təkrarlayıb. O, bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır. Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın yaranması üçünsə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin hamısını qeyd-şərtsiz boşaltması vacibdir.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyəti istənilən halda, rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyətində qala bilər. Çünki Azərbaycanın sərt şəkildə “kötəklədiyi” Ermənistan hazırda Rusiya da daxil olmaqla, bütün himayədarlarının siyasi dəstəyindən məhrum olmuş durumdadır.

Məsələ ondadır ki, Rusiya pezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlaması Paşinyan hakimiyyəti üçün məyusedici məzmun daşıyır. Belə ki, o, lazım olduğu təqdirdə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan rəhbərliyi ilə telefonla danışacağını deyib.

Təbii ki, bu açıqlamadan iki önəmli nəticə çıxarmaq mümkündür. Birincisi, əgər, Kreml sahibi məhz rəsmi Bakı ilə danışacaqsa, bu, hərbi-psixoloji üstünlüyün məhz Azərbaycanın əlində olması anlamına gəlir. Və hərbi əməliyyatların dayandırılması da məhz rəsmi Bakıdan, Azərbaycanın maraqlarına cavab verib-verməməsindən birbaşa asılıdır.

Digər tərəfdənsə, hərbi əməliyyatların dayandırılması Rusiyanın da maraqlarına cavab verməsi vacibdir. Çünki D.Peskov “lazım olduğu təqdirdə...” vurğusu ilə hələlik savaşın durdurulması üçün proseslərə Rusiyanın müdaxilə etməyə həvəsli olmadığının mesajını vermiş oldu.

Bunun səbəblərinə gəldikdəsə, son dövrlərdə özünün “hərbi hoqqa”ları ilə Cənubi Qafqazı xaosa sürükləməyə can atan Ermənistanın baş naziri Nikol Paşinyan onlar barədə daha yaxşı məlumatlıdır. Yəni, indi N.Paşinyan Rusiyanı özünə qarşı necə qəzəbləndirə bildiyi barədə mümkün qədər çox düşünməlidir. Əks halda, bu hadisələr onun üçün yalnız hakimiyyətin itirilməsi ilə deyil, həm də “dəmir barmaqlıqlar” arxasından səmanı seyr etmək taleyi ilə də nəticələnə bilər.

Hərbi əməliyyatların bərpasından sonra politoloq Qagik Hambaryanın öz açıqlamsında Nikol Paşinyanı və onun komandasını erməni cəmiyyətini parçalamaqda suçlaması Ermənistan baş naziri üçün gələcəklə bağlı ciddi xəbərdarlıq xarakteri daşıyır: “Qəbuledilməz və yalan xəbərlər yayırlar. Bu da cəmiyyəti parçalayır. Ağzınızı toplayın. Vaxt gələcək, hər kəs etdiklərinə görə cavab verəcək”.

Maraqlıdır ki, hərbi əməliyyatların bərpasından sonra Ermənistanın savaş meydanında məğlub duruma düşməsi Paşinyan hakimiyyətinə qarşı etiraz dalğasını gücləndirib. Ermənistanın canlı qüvvə və digər hərbi itkilərinin artması Paşinyan hakimiyyətinə qarşı “atəşkəs təzyiqləri”nin ciddi şəkildə genişlənməsinə yol açıb.

Məsələ ondadır ki, bu təzyiqlər baş nazir N.Paşinyanı parlamentin üzvlər qarşısında vəziyyətə aydınlıq gətirmək məcburiyyətində qoyub. O, bildirib ki, “Savaş dayandırıla bilər. Ancaq bu halda, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılmış olacaq”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti olduqca qəliz situasiya ilə üzləşib. Belə ki, Ermənistan savaşı davam etdirmək, Azərbaycana müqavimət göstərmək imkanlarını tamamilə itirib. Ancaq savaşı dayandıracağı təqdirdəsə, Ermənistan Azərbaycanın yeganə və qəti şərtini qəbul edərək, işğal altındakı bütün əraziləri boşaltmaq məcburiyyətində qala bilər.

Bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyətinin “ağ bayraq” qaldıra biləcəyi günə o qədər də çox qalmayıb. Çünki Azərbaycan Ermənistanı savaş meydanında əməlli-başlı “kötəkləyir”.
“Yeni Müsavat”шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024