Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-09-2014, 22:07)
Heydər Babayev də dəllalıq biznesini tərk etdi

 

Nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olan “Qarant İnvest” broker şirkətinin lisenziyasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən ləğv edilməsinin ardınca keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin də bu biznes sahəsindən, yəni dəllallıqdan çəkildiyi məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, Heydər Babayevə və naməlum şərikinə məxsus olan “Standart Kapital” MMC (nizamnamə kapitalı 200 min manat) broker və diler lisenziyasının müddətini uzatmaq üçün komitəyə müraciət etməyib.

Şirkətə bu fəaliyyət növü üçün verilmiş 5 illik lisenziyanın müddəti bu günlərdə bitib, ancaq “Standart Kapital” MMC-nin daxil olduğu “AB Standart” QSC onun müddətini təkrar uzatmaq üçün müraciət etməyib və beləliklə, bazardan çəkilib. Ekspertlər bunu gözlənilməz adlandırırlar.

“Standart Kapital” broker və diler fəaliyyəti ilə 2004-cü ildən məşğul olub.

Qeyd edək ki, “Qarant İnvest” MMC müstəsna olaraq xarici qiymətli kağızlar bazarında əməliyyatlar aparılması üçün müştərilərinə xidmət göstərirdi. Yəni pullarını xarici şirkətlərin səhmlərinə yatırmaq və İsveçrə banklarında yerləşdirmək istəyənlər bu şirkətin broker xidmətindən istifadə edə bilərdi. “Turan” bildirir ki, 2013-cü ilin əvvəllərində “Qarant İnvest”in rəhbəri şirkəti atıb və “Qarant Holdinq”ə daxil olan şirkət o vaxtdan fəaliyyətsiz olub.

Belə görünür ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi şirkətin fəaliyyət göstərmədiyini nəzərə alaraq onun lisenziyasını vaxtından əvvəl ləğv edib. Bununla belə şirkət hələ ləğv edilməyib və Ziya Məmmədovun ailəsinə məxsus “Garant Holding” şirkətlər qrupuna daxildir.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024