Karusel (3-08-2020, 16:31)
Yardımlıda yeyilən milyonlar... - İTTİHAM
Yardımlı rayon Şiləvəngə kəndində avtomobil yolu yenidən qurlur asfalt döşənir. Sözügedən yol tikintisini isə Yardımlı rayon İH-də yüksək vəzifəli şəxs tərəfindən aparılır. Daha doğrusu bu mühüm işləri həmin vəzifəli şəxsin çətiri altında olan şirkət həyata keçirir. GUNinfo.az-ı məlumatlandıran mənbənin iddiasında belə deyilir.
Belə ki, iddiaya görə, Yardımlı rayon Şiləvəngə kəndində aparılan avtomobil yolu yenidən qurulması işi digər qara işlərdən heç də fərqlənmir. Həmişə olduğu kimi köhnə variantala tender elan edilərək, rayon icra hakimiyyətində söz sahibi olan vəzifəli şəxsin hər gün göbələk kimi çıxan MMC-lərinin xətti ilə aparılır. Həmin məmur şəxs isə ayrılan vəsaitdən daha rahat istifadə etməsi üçün etibar etdiyi şirkətlə işbirliyinə girərək aparılan işin qaranlıq tərəflərini örtbastır etməyə çalışır.
Gələn xəbərlərdə isə qazanc qənaətbəxş olsada, çəkilən yolun keyfiyəti çox aşağı səviyyədə olduğu iddia olunur.
Bildirilir ki, yolun qazılıb, dolduğulması və döyülməsi yaxşı keyfiyyət əldə olunması üçün günlərlə vaxt lazım gəlsədə. bu göstəricilər normativlərə uyğun həyata keçirilmir. Mənbə iddia edir ki, xüsusi olan bütün texnikaların və işçi qüvvəsinin adına inanılmaz rəqəmlərlə pullar silinir. Əslində məlum yol çəkilişində az sayda xüsusi hesab olunan teknika və qohum-əqraba işçi qüvvəsi həyata keçirir. Bu səbəbdən də qanunla 20 sm qalınlığı olmalı yolun asvalt döşəməsi heç 7-10 sm deyil. Əlbəttə ki, deyilənlərə görə, həmin vəzifəli yerli məmura nə Yardımlı nədəki, yollar lazımdı. Belə deyilsə Yardımlının mərkəzi yolu, küçələri və döngələri hər kəsə Suriyanı xatırlatmazdı. Və ya xanların və bəylərin cənnət guşəsi hesab etdiyi Yardımlıda, bir gündə onlarla MMC-lər yaradıb rayon qazanc yerinə çevirilməzdi...
SÖZ ARDI: Onda dedilər hardasan ay Cəlil, yerin məlum. ...! Yardımlı məmurlarının qənimi "əzəmətli" bloger! Sifarişlə də olsa məmurların iç üzün ictimai qınağa çevirə biləcək adam...! Sifarişlə məhbəsə salınan kimsəsiz,...! Sənin yoxluğunda göbələk kimi çıxan 10 manatlıq MMC -lər döş döyür... Sənin yoxluğunda irimiqyaslı tikintilər gərdişə başlayıb... Sənin yoxluğunda villalar, obyektlər, qazanc yeri olan yolllar, harınlamış məmurlar, küçə süpürənlər, inzibati binalar video çəklişlərinə həsrət qalıb. O, həsrət ki, azadlığının AMMA və LAKİNinə möhtac olub...
Onu da qeyd edək ki, mənbəmiz Şiləvəngə kəndidə aparılan yol çəklişi işləri ilə bağlı foto və video görüntülər hazırlayıb. Həmin görüntüləri növbəti yazıda tirajlamağa çalışacağıq...!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024