Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (3-08-2020, 09:39)
KTN-nin “boz kardinalı” niyə işdən qovuldu?

KTN-nin “boz kardinalı” niyə işdən qovuldu?
Kənd Təsərrüfatı nazirinin işdən qovulan müavini İlham Quliyevin keçmiş Baş prokuror Zakır Qaralovun qohumu olduğu bildirilir. Keçmiş nazir müavininin indiyədək kreslosunda otura bilməsinin əsas səbəbkarı da elə Zakir Qaralov imiş.

Bilidirilir ki, 1992-1994-cü illər arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru vəzifəsində çalışan İlham Quliyev yaxın qohumu Zakir Qaralovun himayədarlığı sayəsində Kənd Təsərrüfatı Nazirliyinə transfer olunur. Ona nazirlikdə olduqca yağlı kreslo – Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsi həvalə edilir. Faktiki olaraq, 1994-cü indiyədək KTN-nin İlham Quliyev tərəfindən idarə edildiyi, bütün maxinasiyaların onun əliylə törədildiyinə dair məlumatlar var.

Maraqlıdır ki, 1994-cü ildən bu yana KTN 5 nazir dəyişib. Hər nazir də özüylə bərabər yeni komanda gətirib. 26 il ərzində KTN strukturlarında dəyişilməyən bir sima olub – İlham Quliyev. Məhz bu səbəbdən ona KTN-nin əsas fiquru, “boz kardinalı” da demək mümkündür. Azərbaycanda bu zamanadək heç bir sahənin “boz kardinalsız” ötüşmədiyini nəzərə alsaq, İlham Quliyevin bu uğuruna təəccübləməməliyik. Üstəlik, bu adamın arxasında Zakir Qaralov kimi kəsdiyi başa söz olmayan adam dayanırsa, təəccüblənməyə həqiqətən də dəyməz.

Məlumatlara görə, Zakir Qaralovun himayədarlığı sayəsində KTN-nin son 26 illik tarixində 5 komanda yola salan İlham Quliyev nəinki vəzifəsində zərrə qədər axsamayıb, əskinə öz mövqeyini möhkəmlədib. O, 2005-ci ildə AR Prezidentinin 1028 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. İndiyədək də bu vəzifəni yürüdüb. Nəzərə alsaq ki, Zakir Qaralov 2000-ci ildə Baş Prokuror postuna təyin olunub, 5 ildən sonra bu yüksəlişin əsl səbəbi aydınlaşır.

Qəribədir ki, İlham Quliyevin barəsində dövrü mətbuatda dəfələrlə ifşaedici məlumatlar getməsinə baxmayaraq, heç bir güc onu yerindən laxlada bilməyib. Hətta 2013-cü ildə “boz kardinalın” işdən çıxarılması barədə bir çox dövrü mətbuatda xəbərlər dolaşıb. Üzərindən 2 il keçməmiş tam əks proseslər baş verib. 2015-ci ildə ona Kənd təsərrüfatının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilib. Bir sözlə, İlham Quliyev KTN-dəki və kənardakı bütün rəqiblərinə əsl meydan oxuya bilib.

2018-ci ildə indiki nazir İnam Kərimov vəzifəyə təyin ediləndə hər kəs bu strukturdan qovalanacaq ilk adamın İlham Quliyev olacağını gözləyirdi. İnam Kərimov isə həqiqətən də hər kəsi qovaladı. Köhnə komandadan gözə dərman kimi təpiləcək heç kimsə qalmadı, bircə İlham Quliyevdən savayı. Belə görünürdü ki, İnam Kərimovun da ona gücü yetmirdi. Necə yetsin? Axı, İlham Quliyev adlı bu adam KTN-nin “boz kardinalı” və Zakir Qaralov hələ Baş Prokuror idi. Nazir kimdi, ona söz deyə?

Uzun illər ərzində İlham Quliyev barədə dövrü mətbuatda dərc olunan bütün məlumatlarda irəli sürülən bir ittiham vardı – maliyyə və fermerlərə ayrılan subsidiya məsələlərinə nəzarət edir. Məsələn, 2018-ci ilin 25 aprel tarixində – yəni İnam Kərimov nazir təyin olunandan cəmi 4 gün sonra media orqanlarında gedən bir yazıya nəzər salaq:

“Yeni təyin olunan kənd təsərrüfatı naziri İnam Kərimov nazirlikdə ciddi kadr islahatına başlayıb.

NUH.az-a daxil olan məlumata görə, nazirin müavini İlham Quliyev vəzifəsindən azad edilib.

Məlumat üçün bildirək ki, İlham Quliyev uzun illərdir nazirlikdə maliyyə və fermerlərə ayrılan subsidiya məsələlərinə nəzarət edirdi”.

Göründüyü kimi, NUH.az-ın bu proqnozu iki il 3 ay 7 həftə sonra doğruldu. Çünki artıq “boz kardinal”ın himayədarı olan Zakir Qaralov da artıq vəzifədə deyildi: Prezident İlham Əliyevin 1 may 2020-ci il tarixli Sərəncamı ilə keçmiş Baş Prokuror işdən azad edilmişdi. Üzərindən cəmi 2 ay keçəndən sonra KTN-nin “boz kardinalı” da himayədarının ardınca yola salındı. Həm də rəsmən açıqlanmasa belə, onun bir müddət əvvəl “Bandotdel”-in keçirdiyi subsidiya əməliyyatlarında iştirakına görə işdən azad olunduğuna dair xəbərlər var.

Xatırladaq ki, Ovqat.com-un bir müddət əvvəl əldə etdiyi məlumatda da İlham Quliyevin bu maxinasiyada iştirak etdiyi iddia olunur, KTN isə daş atıb başını tuturdu ki, belə şey baş verməyib. İndisə nazirin öz əmriylə İlham Quliyev heç bir səbəb göstərilmədən işdən çıxırılır. Halbuki, bizə çatan məlumatlara görə, “Bandotdel”-in məlum əməliyyatı zamanı sabiq I müavin “subsidiya maxinasiyası” ittihamı ilə saxlanılmışdı da. Görünür, yenə hansısa himayədarlarının köməkliyi ilə canını həmin vaxt zamına buraxılmaqla müvəqqəti qurtara bilib. Amma bu azadlıq deyəsən həqiqətən də müvəqqəti xarakter daşıyacaq. Mənbələr İlham Quliyevin subsidiya yeyintilərində rolunun istintaq tərəfindən təsdiqləndiyini bildirirlər.

Amma yeyintidə təkcə İlham Quliyevin yox, KTN-də rəhbər vəzifə tutan bir çox adamın adı hallanır. Onlardan biri də çəkicə heç də İlham Quliyevdən yüngül olmayan bir xanımdır. Centlemenlik edib hələ ki, o xanımın adını səsləndirmirik. Necə olsa yaxın günlərdə rəsmi xəbərlərdə hər kəs bu adı ən yüksək səviyyələrdə eşidəcək. //Ovqat.com//
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024