Karusel (27-07-2020, 17:03)
Deputat oğlunun kazino tikintisi -Fotolar
Deputat Ağalar Vəliyevin oğlunun kazino tikintisi haqda qalmaqallı xəbər -Fotolar
"Şəkildə gördüyünüz bu ərazini (Gürcüstanın Kabuleti şəhəri) 3 il əvvəl Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus "Kristal Building" LTD hərrac vasitəsilə 2.5 milyon lariyə (o zamankı valyuta kursu ilə təxminən 1 milyon dollar) satın almışdı. Ərazi 2017-ci ildə, Zərdab Pataradze Acarıstan Muxtar Respublikasına rəhbərlik edən dövrdə satılıb".
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
O qeyd edib ki, 2018-ci ildə Zərdab Patatadze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
"2019-cu ildə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti korrupsiya ehtimalı əsasında sözügedən hərracla bağlı təhqiqata başlayır, sənədlər araşdırılmağa başlayır. O zaman "Rustavi 2" kanalı məlumat yaymışdı ki, DTX-ya Acarıstanın yeni rəhbəri Tornike Rizhvadze müraciət edib", - o deyib.
Məlum olub ki, hərrac yolu ilə "Kristal Building" LTD-yə yaşıl zolaqda göydələn tikintisi üçün 3 hektar ərazi satılsa da, 4 hektar ərazi hasarlanıb:
"Yəni qanunsuz olaraq 1 hektar əlavə ərazi zəbt olunub. Buna görə ərazidə tikintinin davam etdirilməsinə icazə verilməyib. Söhbət 200 milyon lari investiya yönəldilən 117 metr hündürlüyündə 33 mərtəbəli otelin tikintisindən gedir. Kompleksdə Kabuletinin ən böyük kazinosu də nəzərdə tutulur".