Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-07-2020, 09:21)
Saxta “Birkart” ƏMƏLİYYATI


Kapital Bankda qara buxalteriya:
“Kapital Bank” məhsulu olan “Birkart” plastik kartda qara mühasibatlıq olduğu iddia edilir. Bununla bağlı kommersant.az-a daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, “Kapital Bank” müştərilərinin adına saxta “Birkart” açaraq çirkli pullarını yuyur, ya da bankın əməkdaşları bu yolla özlərinə qazanc əldə edir. Belə ki, iddialara görə sözügedən bank bu əməliyyatları qara mühasibatlığı üçün müştərilərindən gizlin həyata keçirir.

Redaksiyamıza daxil olan şikayətlərdən birini sizə olduğu kimi təqdim edirik: “BirBankda” baxıram kartlar bölməsində mənə aid olmayan və mən tərəfdən açılmayan bank kartı görünür. Üzərində də əməliyyatlar olunur. Misal digər kart hesabı artıq özü-özünə necə açılmışdısa, elə də bloklanıb. Açıldığına dair də müraciət etməmişəm bloklanmasına dair də.

İkinci “Birkart” da belə. Bu gün baxıram ki, başqa bir kart da əlavə olunub. Halbuki kart sifarişim olmayıb. Hardan çıxır bu kart? Bu hal tək məndə də olmur, ətrafımdakı insanlarda da belə hadisələr olur. Kart hesabı açılır və üzərində əməliyyatlar olunur. Çox güman ki, orda qara mühasibatlığı idarə edirlər ya da saxta kreditlər açıb pulları mənimsəyirlər. Necə ki, “Zamin Bank”da olunduğu bu yaxınlarda məlum oldu”.

Kapital Bankda qara buxalteriya:

Məsələ ilə bağlı “Kapital Bank”a rəsmi müraciət ünvanladıq. Müraciətin ünvanladığı gündən 13 gün keçməsinə baxmayaraq “Kapital Bank” tərəfindən məlumat təkzib edilməyib.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024