Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-07-2020, 09:19)
Xalqına nifrət edən Arif Məmmədovun ifşası - FOTOFAKT

Xalqına nifrət edən Arif Məmmədovun ifşası
Son günlər Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində Azərbaycanla bağlı məlumatlar yayılarkən "etibarlı mənbə” kimi Arif Məmmədova istinad edilir.

Miq.Az xəbər verir ki, Arif Məmmədov çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirir.

O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.

Ancaq bu, xaincəsinə deyilmiş fikirlərin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Son günlər sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara hücumlarını əks etdirən görüntülər yayılıb. Hətta dünən Kiyevdə erməni dörd azərbaycanlı tələbəyə atəş açıb. Bundan əvvəl Moskva, Brüssel, Los-Ancelesdə ermənilər soydaşlarımıza hücum edib. Yəqin ki, A.Məmmədov bunları görmək istəməyib və özünü "ağıllı diplomat” kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğuldur.

Bəs Arif Məmmədov kimdir?

2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri oldu. O, 2006-cı ilədək bu vəzifədə çalışıb. Elni zamanda o, 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri olub. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Arif Məmmədov Fransanın Strasburq şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri olub.

2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun "fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verib.

Bundan başqa, o, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilib.

Bütün bunları yekunlaşdırsaq, belə bir nəticəyə gəlmək olar: A.Məmmədov ermənilərlə əlbirdir. O, Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir, Azərbaycanın suverenliyindən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir.

Qeyd etdiklərimizi sübut etmək üçün foto təqdim edirik. Bu foto A.Məmmədovun sosial şəbəkədə paylaşdığı videoya gələn bəyənmələrə aiddir. Şəkildə ermənilərin bu xaini necə alqışladığını görmək olar:

Xalqına nifrət edən Arif Məmmədovun ifşası
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024