6 ayda Dövlət Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 2 milyard manatdan çox olub.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Həmçinin bildirib ki, bu ilin 6 ayında idxalın dəyər ifadəsində həcmi 2015-ci ilin ilk yarısı ilə təxminən eyndir.
Yəni bu rəqəm 4.9 mlrd. dollara yaxındır. O zaman gömrük daxilolmaları 700 mln. manat idisə, hazırda təxminən 2 mlrd. manatdır.
Cebhe. info xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rövşən Ağayev gömrük daxilolmalarında 3 dəfədən bir qədər az artımın olduğunu deyi:
“Artım göz qabağındadır, amma bu artımı bütünlüklə gömrükdəki şəffaflaşmanın ayağına yazmaq doğru deyil. Çünki 2015-ci ilin 6 ayı üzrə manatın dollar qarşısında məzənnəsi 0.97 manat təşkil etdiyi halda, bu ilin eyni dövründə 1.7 manat olub. Yəni 2015-ci ildə vergiyə cəlb olunan dövriyyə 4.5 mlrd. manat (4.7 mlrd. USD), bu il isə 8.3 mlrd. manat (4.9 mlrd. USD) olub. Göründüyü kimi, təkcə məzənnə hesabına vergitutulan dövriyyədə 1.9 dəfə artım var. Yəni bu artımda gömrük orqanlarının hər hansı rolu yoxdur. 2015-ci ildə vergi daxilolmlalarının idxalın dəyərində payı 16%, bu il isə 24% olub. Əgər 2015-ci ilin vergitutma əmsalı (təxminən 16%) qalmış olsa idi, hazırda gömrük 1.3 mlrd. manat yığmış olardı. Yəni məzənnə hesabına büdcənin ekstra qazancları nəzərə alınmasa, sırf gömrükdəki şəffaflaşmalar hesabına yığımların 3 dəfə yox, təxminən 50% genişlənməsi haqda danışmaq olar. Əlbəttə az artım deyil, amma qiymətləndirmə obyektiv olmalıdır. 3 dəfə artım göstəricisinin hamısını qurumun ayağına yazmaq doğru deyil”.
Ekspert onu da əlavə edib ki, aksizlərin timsalında gömrük vergi yükündə kəskin artım olub:
“Daxilolmaların artımında vergi yükünün ağırlaşmasının təsirini neytrallaşdırıb, sonra gömrüyün şəffaflaşdırma səylərinin yekun qiymətləndirilməsi aparılsa, daha ədalətli nəticələr görünər”.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024